İQTİSADİYYAT
Azərbaycanın iqtisadi inkişaf naziri Aktauda keçirilmiş Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində bir sıra görüşlər keçirmişdir
Aktau, 19 iyun (AZƏRTAC). Aktauda keçirilmiş Qazaxıstan-Azərbaycan biznes-forumu çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Yerbolat Dosayev və Məngistay vilayətinin akimi Alik Aydarbayevlə görüşmüşdür.
Ş.Mustafayevin A.Aydarbayevlə Görüşündə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanmış, əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də Qazaxıstanın qərb vilayətlərində logistika mərkəzlərinin yaradılması məsələləri müzakirə edilmişdir.
Sonra biznes forumda iştirak edən Azərbaycan nümayəndə heyəti Aktau Beynəlxalq Dəniz Ticarət Limanın və Aktaudakı Xüsusi İqtisadi Zonanın fəaliyyəti, eləcə də vilayət tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau