Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın Misirdəki səfiri “Nil Əl-Əxbar” telekanalında “Bakı-2015” ilk Avropa Oyunlarından danışıb VİDEO

Qahirə, 15 may, AZƏRTAC

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev geniş tamaşaçı auditoriyasına malik “Nil Əl-Əxbar” televiziya kanalına müsahibə verib.

“Bakı-2015” ilk Avropa Oyunları barədə danışan Ş.Abdullayev iyunun 12-dən 28-dək keçiriləcək yarışlarda 49 ölkədən 6 mindən çox idmançının 20 idman növündə mübarizə aparacağını diqqətə çatdırıb.

Səfir Azərbaycanın 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında 10 medal qazandığını qeyd edib. Bildirilib ki, həmin yarışlarda Azərbaycan dünyanın 200-dən artıq ölkəsi arasında 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri tutub.

Azərbaycan hökumətinin gənclərə və idmana göstərdiyi xüsusi qayğıdan danışan Ş.Abdullayev son on il ərzində ölkəmizdə 40-dan çox Olimpiya Kompleksinin inşa edildiyini söyləyib. Bundan başqa, səfir 2017-ci ildə Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcəyi barədə məlumat verib.

Ş.Abdullayev bildirib ki, Azərbaycan Şərq və Qərb mədəniyyətlərinə sahibdir və İslam dünyasının ayrılmaz bir hissəsidir. Səfir, həmçinin ölkəmizdə keçirilən ümumdünya mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası forumlar barədə məlumat verib, Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin başlıca səbəblərinə toxunan səfir qeyd edib ki, ölkə iqtisadiyyatı son illər sürətlə inkişaf edir, təbii sərvətlərdən, neft və qazdan əldə olunan gəlirlər digər sahələrə, o cümlədən idmanın inkişafına yönəldilir, azərbaycanlı idmançılar beynəlxalq arenalarda mühüm nailiyyətlər qazanırlar. “Bakı-2015” dünya ölkələrinin diqqətini Azərbaycana yönəltmək, eyni zamanda, ölkəmizdə idman və turizmin inkişafına təkan vermək baxımından müstəsna əhəmiyyətə malikdir.

Ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə də danışan Ş.Abdullayev vurğulayıb ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulub. BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən indiyədək yerinə yetirilməyib.

1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını diqqətə çatdıran səfir hakimiyyətin bir neçə dəfə dəyişdiyini, ölkəmizin daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini söyləyib. Qeyd olunub ki, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanılıb. Məhz ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qısa zaman ərzində dövlətin əsaslarını gücləndirmək mümkün olub, atəşkəs əldə edilib. Ümummilli lider Heydər Əliyev tərəfindən milli enerji strategiyası müəyyənləşdirilib və bunun nəticəsi olaraq 1994-cü ildə dünyanın aparıcı şirkətləri ilə layihə dəyəri 50 milyard ABŞ dolları olan neft kontraktları - “Əsrin müqaviləsi” imzalanıb. Səfir neft və qazdan əldə edilən gəlirlərin qeyri-neft sektoruna yatırıldığını və Azərbaycan iqtisadiyyatının çoxşaxəliyinin təmin olunduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında əlaqələrə toxunan Ş.Abdullayev xalqlarımızın ortaq dəyərlərə malik olduğunu bildirərək deyib ki, Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini ərəb və islam dünyası, xüsusilə də Misir Ərəb Respublikası ilə əməkdaşlıq təşkil edir.

Səfir son illər Misir və Azərbaycan arasında iqtisadi sahədə də əlaqələrin inkişaf etdiyini söyləyib. Məlumat verilib ki, Misirin Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının dövriyyəsi getdikcə artır. Həmçinin Misirdən Azərbaycana ixrac olunan dərman preparatlarının illik dövriyyəsində də artım var. Azərbaycanın iqtisadi imkanlarının yüksəlməsi onun Misir tərəfindən həyata keçirilən layihələrində iştirakına şərait yaradır. Bu ilin noyabrında hökumətlərarası müştərək iqtisadi komissiyanın növbəti iclası keçiriləcək. İclasda hər iki dövlətdən rəsmi nümayəndə heyətləri ilə yanaşı, iş adamlarının iştirakı gözlənilir. Azərbaycan Misirlə enerji, neft və neft məhsulları, neft emalı və digər sahələrdə əməkdaşlıqda maraqlıdır. Eləcə də iş adamları arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları öyrəniləcək.

Veriliş zamanı Azərbaycanın yüksək inkişaf tempini və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişini əks etdirən videoçarxlar nümayiş olunub.

Müsahibəyə aşağıdakı link vasitəsi ilə baxmaq mümkündür:

https://www.youtube.com/watch?v=y2G4NDDqgfo&feature=youtu.be

Asya Hacizadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Azərbaycanın Misirdəki səfiri “Nil Əl-Əxbar” telekanalında “Bakı-2015” ilk Avropa Oyunlarından danışıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH