ELM VƏ TƏHSİL
Azərbaycanın nadir təbiəti beynəlxalq ictimaiyyətdə geniş təbliğ edilir
Bakı, 5 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun İsveçrənin Fribourg Təbiət Tarixi Muzeyi ilə birgə reallaşdırdığı uğurlu layihə çərçivəsində Bakıda “Azərbaycanın yaşıl xəzinəsi” mövzusu üzrə keçirilmiş sərgi üçün hazırlanmış ölkəmizin təbiətini hərtərəfli əks etdirən iki videomaterial bu günlərdə geniş izləyici auditoriyasına malik “Youtube” səhifəsində yerləşdirilmişdir.
Botanika İnstitutunun elmi informasiya və innovasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan, ingilis, alman və fransız dillərində hazırlanmış videomateriallar “Azərbaycanın nadir təbiəti” (“Unique nature of Azerbaijan”) və “Azərbaycanın Talış dağlarında Hirkan meşələrinin relikt ağacları” (“Relict trees of the Hyrcanian Forests in the Talysh Mountains of Azerbaijan”) adı altında beynəlxalq ictimaiyyətə nümayiş etdirilir və böyük maraqla qarşılanır.