SİYASƏT
AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏRİNİN MÖHKƏMLƏNDİRİLMƏSİ YEREVANIN QUZĞUN LƏLƏKLİ “SÜLH GÖYƏRÇİNLƏRİ”NƏ CAVABDIR
Bakı, 8 yanvar (AZƏRTAC). Dünya birliyinin xarici müdaxilə, zorakı separatizm, etnik təmizləmələr, dövlətlərin qəbul edilmiş sərhədlərinin birtərəfli qaydada dəyişdirilməsi, ağır hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törədilməsi praktikasını məqbul hesab etmədiyi və pislədiyi bir vaxtda erməni siyasi və ekspert elitası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsini indiyədək işğal altında saxlamaq üçün ümidsiz cəhdlər göstərməkdə davam edir.