SİYASƏT
Azərbaycanın təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir
Bakı, 28 mart (AZƏRTAC). Milli Təhlükəsizlik Nazirliyi (MTN) Göyçay rayon şöbəsinin əməkdaşları peşə bayramlarını qeyd etmişlər.
Tədbirdə çıxış edən MTN Göyçay rayon şöbəsinin rəisi Musa Haqverdiyev 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı yanında kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan milli təhlükəsizlik orqanlarının keçdiyi çətin və şərəfli yolu ətraflı təhlil etmişdir.
Tədbirdə Azərbaycanın təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında, bu sahədə milli kadrların yetişməsində ümummilli lider Heydər Əliyevin tarixi və əvəzsiz xidmətlərindən söz açılmışdır.
Sonda xidmətdə fərqlənən MTN Göyçay rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunmuşdur.