SİYASƏT
AZƏRBAYCANIN TİBB İŞÇİLƏRİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
Bakı, 17 iyun (AZƏRTAC). 17 iyun Azərbaycanın tibb işçilərinin peşə bayramı günüdür.
Bu münasibətlə Azərbaycan tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, ulu öndərin məzarı önunə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş və məzarı üstünə gül dəstələri qoyulmuşdur.
Sonra səhiyyə işçiləri Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
######