İDMAN
Azərbaycanın U-16 yığması Bolqarıstanda təlim-məşq toplanışında olacaqdır
Bakı, 14 may (AZƏRTAC). 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 17-dən 25-dək Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olacaqdır.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, hazırlıq prosesi çərçivəsində komandamızın Bolqarıstanın “Sliven” komandası və Bolqarıstan U-16 yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulmuşdur.
Toplanışa Tural Osmanov (“Neftçi”), Toğrul Məhəmmədbəyli (“Qəbələ”), Yusif Cəfərov (“Bakı”), Sərxan Əhmədli (“Neftçi”), Əli Şirinov (“Neftçi”), Kamil Akimov (“Qarabağ”), Baxışəli Baxışəliyev (“Qəbələ”), Emil Əliyev (“Bakı”), Fərid Əsədli (“Qəbələ”), Oruc İsmayılov (“Neftçi”), Pilağa Mehdiyev (“Neftçi”), Nicat Süleymanov (“Bakı”), Rövlan Muradov (“Qəbələ”), Nihad Tamazov (“Qarabağ”), Ruslan Hacıyev (“Qarabağ”), Qara Qarayev (“Əlincə”), Ərziman Rizvanov (“Neftçi”), Elvin Dəmirov (“Qəbələ”), Tusif Yaqubzadə (“Tambov”, Rusiya) və Ziya Əzizov (“Den-Bosch”, Hollandiya) dəvət olunmuşlar.