İDMAN
Azərbaycanın U-16 yığmasının Bakıda təlim-məşq toplanışı keçiriləcəkdir
Bakı, 23 yanvar (AZƏRTAC). Yanvarın 24-dən fevralın 3-dək Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcəkdir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, toplanışa Elşad Aslanov (“Bakı”), Süleyman Süleymanov (“Qəbələ”), Kamil Akimov (“Qarabağ”), Kamran Əliyev (“Bakı”), Nihad Tamazov (“Qarabağ”), Sərxan Əhmədli (”Neftçi”), Əli Şirinov (“Neftçi”), Rövlan Muradov (“Neftçi”), Oruc İsmayılov (“Neftçi”), Yusif Cəfərov (“Bakı”), Əmrah Bayramov (“Bakı”), Hacıağa Hacılı (“Qəbələ”), Baxışəli Baxışəliyev (“Qəbələ”), Pilağa Mehdiyev (“Neftçi”), Nicat Süleymanov (“Bakı”), Turan Manafov (“Qəbələ”), İbrahim Qədiyev (“Neftçi”), Ruslan Hacıyev (“Qarabağ”), Elvin Dəmirov (“Qəbələ”), Kənan Rəfiyev (“Qəbələ”), Qara Qarayev (“Əlincə”), Toğrul Məhəmmədbəyli (“Qəbələ”), Tusif Yaqubzadə (“Tambov”, Rusiya), Nəcəf Abbasov (“Rotor”, Rusiya) və Məmməd Abdullayev (“Dinamo”, Rusiya) yer almışlar.