İDMAN
Azərbaycanın U-21 yığması Gürcüstan və Albaniya milli komandaları ilə yoldaşlıq oyunu keçirəcəkdir
Bakı, 14 mart AZƏRTAC). 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 15-də və 16-da Bakıda, martın 17-dən 28-dək isə Avstriyada təlim-məşq toplanışında olacaqdır.
AZƏRTAC xəbər verir ki, toplanış çərçivəsində yığmamız martın 23-də Gürcüstanın, martın 26-da isə Albaniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcəkdir.
Toplanışa Mirhüseyn Seyidov, Araz Abdullayev, Tərlan Quliyev, Kərim Diniyev, Elvin Yunuszadə, Emin Mehtiyev, Emil Balayev, Rəşad Əzizov (hamısı “Neftçi”), Hacı Əhmədov, Tural İsgəndərov (hər ikisi “Qarabağ”), Şəhriyar Əliyev, Nurlan Novruzov (hər ikisi “Bakı”), Abdulla Abasiyev, Fuad Bayramov (hər ikisi “İnter”), Amit Quluzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Slavik Alxasov (“Sumqayıt”), Andriy Popoviç (“Turan”), Ruslan Tağızadə (AZAL), Bayram Budaqov (“Dnepr”, Ukrayna), Taşkın İlter (“Eintracht Braunschweig”, Almaniya), Fatih Şanlı (“Bergisch Gladbach 09”, Almaniya) və Timur Temeltaş (“Kaiserslautern”, Almaniya) dəvət olunmuşlar.