ELM VƏ TƏHSİL
Azərbaycanın və ABŞ-ın elm müəssisələri arasında əlaqələr genişlənir
![Azərbaycanın və ABŞ-ın elm müəssisələri arasında əlaqələr genişlənir](/files/2015/3/1200x630/14474309203701943290_1200x630.jpg)
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi şuranın növbəti iclası olub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki iclasda ABŞ-ın Emory Universitetinin Emerson Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Cəmaləddin Musayev, AMEA-nın Kimya Elmləri Bölməsi (KEB) institutlarının, Bakı Dövlət Universitetinin və Fizika İnstitutunun əməkdaşları iştirak ediblər.
KEB-in akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev Emerson Elmi Hesablamalar Mərkəzi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, mərkəz kimya elminin aktual problemlərinin həlli istiqamətində multidissiplinar tədqiqatlar həyata keçirir.
Akademik D.Tağıyev professor C.Musayevin iclasa dəvət edilməsinin əsas məqsədinin institut ilə mərkəz arasında əməkdaşlığın qurulması olduğunu söyləyib.
Sonra C.Musayevin “Yeni katalizator və texnoloji dizayn istiqamətində çoxprofilli və multidissiplinar tədqiqatlar” mövzusunda məruzəsi dinlənilib.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.