SİYASƏT
AZƏRBAYCANIN XARİCDƏ BİR NEÇƏ NÜMAYƏNDƏLİYİ AÇILACAQDIR
Bakı, 11 yanvar (AZƏRTAC). Azərbaycan xaricdə 10-a yaxın diplomatik nümayəndəliyini açacaqdır.
Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov bildirmişdir ki, səfirliklər Serbiyada, Omanda, Argentinada, Tailandda, Xorvatiyada, Liviyada, Livanda və Estoniyada açılacaqdır. Batumidə isə baş konsulluq fəaliyyət göstərəcəkdir.
V.Sadıqov vurğulamışdır ki, hazırda Azərbaycanın xaricdə 65 diplomatik nümayəndəliyi vardır.
Nazir müavini demişdir: “Azərbaycanın ərəb ölkələri ilə əlaqaləri genişlənir. Bu ölkələrin Azərbaycana marağı günbəgün artır. Ötən il Fələstin muxtariyyəti Azərbaycanda səfirliyini açmaq qərarına gəlmişdir”.