ELM VƏ TƏHSİL
Azərbaycanlı alim xarici ölkələrdən olan həmkarları ilə birgə monoqrafiya hazırlayacaq
Bakı, 11 iyul, AZƏRTAC
Almaniyalı professor Loutar Müller Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə yazılması nəzərdə tutulan “Avropa, Mərkəzi Asiya və Sibirdə landşaftların yeni tədqiqat metodları və nəticələri” monoqrafiyasının həmmüəllifi olmağı təklif edib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, L.Müller azərbaycanlı alimə redaktorlar qrupu adından müraciət edib. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev təklifə razılığını bildirib. O, monoqrafiyanı Rusiya, Almaniya, Qazaxıstan və digər ölkələrdən olan həmkarları ilə birgə hazırlayacaq.