İDMAN
Azərbaycanlı baykerlər Türkiyə sərhədini keçərək Gürcüstana gəlmişlər
Bakı, 20 iyun (AZƏRTAC). Milli Qurtuluş Günü münasibətilə “Azərbaycanı Avropada tanıdaq!” devizi ilə Xorvatiyaya yürüşə edən ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin başçılıq etdiyi azərbaycanlı baykerlər Vətənə qayıdarkən Türkiyə sərhədini keçərək Gürcüstana gəlmişlər.
AZƏRTAC ANS TV-yə istinadla xəbər verir ki, iyunun 7-dən başlayan motoyürüşün məqsədi Azərbaycanı Avropada tanıtmaqdır. Azərbaycanlı baykerlər on min kilometrlik yol qət etdiklərinə görə “Harley Davidson”un xüsusi mükafatına və hədiyyələrə layiq görülmüşlər. “Harley Davidson”un Bakı klubunun üzvləri yürüş boyunca Avropa ölkələrində, o cümlədən Xorvatiyanın paytaxtı Zaqrebdə Xocalı faciəsi haqqında Heydər Əliyev Fondunun hazırladığı broşürləri paylamışlar. Motoyürüş “Harley Devidson HOG Baku” klubunun təşkilatçılığı və ANS-in informasiya dəstəyi ilə keçirilmişdir.