Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Azərbaycanlı” Eduard Qriqoryan, “fars” Nizami Gəncəvi və “erməni” Musa Kalankatlı haqqında və ya Artaşes Şahnazaryanın sayıqlamaları

Bakı, 19 iyun (AZƏRTAC). Keçən ilin noyabr ayında, xeyli vaxtdan bəri Ermənistanın sabiq prezidenti Robert Koçaryanın idarə etdiyi REGNUM erməni nəşrində Artaşes Şahnazaryan adlı birisinin məqaləsi dərc edilmişdir. Müəllif akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabına resenziya yazmaq qərarına gəlmişdir. Özünü “elmlər namizədi” adlandıran bu lovğa müəllifin yazdığı hər bir sözü ətraflı nəzərdən keçirmək və şərh etmək fikrində deyilik. Bu, heç də nəcib iş deyil, onsuz da belə şərhlərin nə özündən razı müəllifə xeyri olacaq, nə də hazırda elə əvvəllər də çox acınacaqlı vəziyyətdə olan bütün erməni “tarix elmi”nə. Əsasən elə erməni müəlliflərinə və ya ən yaxşı halda qeyri-erməni salnaməçilərin işlərinin erməni dilinə tərcümələrinə (ermənilərin qədim və orta əsrlərə aid əlyazmaları öz dillərinə necə “tərcümə etdiklərini”, bu halda orijinallardan əsər-əlamət qalmadığını çox yaxşı bilirik) əsaslanan bu psevdoelmi cızmaqaranın tənqidi xeyli vaxt apara bilər. Ona vaxt sərf etməkdənsə zibil qutusuna atmaq məsləhətdir.

Axı bu cızmaqaraya başqa necə münasibət bildirmək olar ki, onun müəllifi böyük Azərbaycan şairi Nizami Gəncəvini “fars”, orta əsrlərdə yaşamış alban salnaməçisi Musa Kalankatlı və alban knyazı Cəlal-Həsəni “milliyyətcə erməni”, sumqayıtlı qatil Eduard Qriqoryanı isə ana xətti üzrə “azərbaycanlı” adlandırır?

Əgər böyük Nizami yalnız fars dilində yazdığına görə “fars” hesab edilirsə, onda Uilyam Saroyan “anqlosaks” hesab edilməlidir, çünki o, ingilis dilində yazmışdır, Yevgeni Petrosyan “slavyandır”, çünki öz yumoristik nömrələrini rus dilində ifa edir, İvan Ayvazovski isə ümumiyyətlə delfindir, çünki bütün əsərlərinin sevimli mövzusu dənizdir. Bu irəvanlı “elmlər namizədi”nin tipik hay məntiqinə görə Ovanes Tumanyanın üçdə bir hissəsi azərbaycanlı, digər üçdə bir hissəsi gürcü və qalan üçdə bir hissəsi erməni hesab edilməlidir, çünki o, üç dildə yazırdı. Boris Pasternakın isə yəhudilərə, əlbəttə, heç bir aidiyyəti olmamalıdır, çünki onun ivrit dilində yazılmış bircə əsəri də yoxdur. Albert Eynşteyn isə Şahnazaryanın məntiqinə görə “əsl ari” hesab edilməlidir (Göbbels sağ olsaydı dəhşətə gələrdi), çünki o, alman dilində oxumuşdu və əsərlərini bu dildə yazırdı.

Razılaşın ki, akademik Ramiz Mehdiyevin sanballı əsərinə resenziya yazmağa cəsarət etmiş, əcdadları Balkan Frakiyasından gəlmə haylar olan bu müəllifin çox tipik məntiqi var.

Alban tarixçiləri və knyazları özlərini alban adlandırdıqları halda, onları “erməni” adlandırmaq “hayastan” tarixşünaslığının zirvəsidir. Görəsən alban dilində danışan və öz xalqının tarixi haqda “Aqvanlar tarixi” adlı əsər yazan “erməni”ni görən olubmu? Kilsə tikərək onun divarlarında “mənim aqvan xalqım üçün” sözlərinin həkk olunmasını əmr etmiş “erməni”ni görən olubmu? Belə “erməniləri” yalnız həmişə İrəvan adlandırılmış bugünkü Hayastanda tapırlar.

Nəhayət, Eduard Qriqoryan yarıbayarı “azərbaycanlı” olur. Heç gözləməzdik. Onlar Nizamini bizdən alırlar, bizim Musa Kalankatlını və Calal-Həsəni “özəlləşdirirlər”, əvəzində isə bizə Qriqoryanı sırıyırlar.

Görün Şahnazaryan nə yazır: “Mehdiyevin qrupunun sumqayıtlı talançı E.Qriqoryanı xalis erməni kimi məqsədyönlü şəkildə qələmə vermək cəhdinə gəldikdə isə, onların istinad etdiyi ittifaq prokurorluğunun materiallarında qeyd edilmişdi ki, onun anası ərindən boşanmış azərbaycanlıdır və öz oğlunu ermənifobiya ruhunda tərbiyə etmişdir”.

Maraqlıdır, görəsən Artaşes Şahnazaryan özünün orta əsrlərə aid “tarixi mənbələrini” də indi istinad etdiyi ittifaq prokurorluğunun materialları kimi saxta dəqiqliklə öyrənmişdir?

Eduard Qriqoryanın anası, Şahnazaryanın “azərbaycanlı” adlandırdığı qadının ifadələrində deyilir: “...mənim ərim milliyyətcə erməni olmuş və 1969-cu ildə ölmüşdür... Mən ərimin qohumları ilə yaxın münasibət saxlamırdım, çünki mənim milliyyətcə rus olmağım və kasıb ailədən çıxmağım onların xoşuna gəlmirdi. Ərim öləndə onun qohumlarından heç kəs mənə bircə qəpik də maddi kömək göstərmədi... uşaqlarım bilirdilər ki, onların babası və əmisi var, onlar əsasən gen-bol yaşayırdılar, lakin biz onlarla heç bir münasibət saxlamırdıq və heç vaxt onlara qonaq getməmişdik... rəhmətlik ərim mənə həmişə deyirdi ki, mən heç vaxt onun qohumlarına heç bir kömək üçün müraciət etməyim, çünki onlar heç nə ilə kömək etməyəcəklər. Mənim danışdıqlarımı uşaqlarım da bilir, ona görə də onların ata xətti ilə qohumlarına yaxşı hissləri yoxdur. Ərim tərəfdən olan qohumların bizim ailəyə mənfi münasibətinə görə uşaqlarım onlara nifrət edirlər...” (cild 28, vərəq 202-203).

Artıq heç nəyə təəccüblənmirsən, çünki ermənilərin “zarafat etdiyini” düşünən azərbaycanlıların stereotiplərini qırmaqla lovğalanan Serj Sarkisyan, eləcə də erməni terrorçuları Arabo və Aramo “Azərbaycan Xalq Cəbhəsinin silahlıları”, Xocalı ətrafındakı meşələr “Ağdamın ətrafı”, qətlə yetirilmiş Xocalı sakinlərinin fotoşəkilləri isə “Balkanlarda münaqişə qurbanları” kimi qələmə veriləndə (erməni təşviqat və təbliğatının ucuzluğu həm də onda təzahür edir ki, 1992-ci ildə Xocalı hadisələrindən çəkilmiş ilk dəhşətli kadrlar yayılanda Balkanlarda hələ dinc əhalinin kütləvi qırılması ilə müşayiət olunan genişmiqyaslı müharibə getmirdi) hər şey normal hesab edilir. Bütün bunlar bəzən “erməni tarixşünaslığı” rolunu yerinə yetirən bugünkü erməni təbliğatının dəst-xəttidir.

Şahnazaryan öz “opus”unun lap sonunda yazır: “Hesab edirik ki, filosofdan Azərbaycan “tarixşünaslığının” ağır artilleriyasına çevrilmiş R.Mehdiyevə və onun köməkçilərinə hələlik hansısa naməlum səbəbdən azərbaycanlı elan edilməmiş Sədinin aşağıdakı misralarını xatırlatmaq yerinə düşər: ey ərəb, sən heç vaxt Kəbəyə (Məkkəyə) gedib çatmayacaqsan, çünki sənin getdiyin yol Türküstana aparır”.

Biz də Şahnazaryana borclu qalmamaq üçün “hüquqşünas-kriminalistə” və “milliyyətlərin təyinedicisi”nə çevrilmiş bu “tarixçi-mediaçı”ya hansısa naməlum səbəblərdən Leonardo da Vinçidən fərqli olaraq hələlik “təmizqanlı hay” elan edilməmiş böyük Puşkinin bir misrasını xatırladacağıq: “Sən qorxaqsan, sən köləsən, sən ermənisən!”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək