SİYASƏT
Azərbaycanlıların Orta Asiyaya sürgün olunmasının 80 illiyi ilə əlaqədar Bişkekdə Beynəlxalq konfrans keçiriləcəkdir
Bişkek, 16 sentyabr (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət mərkəzi ilə birgə oktyabrın sonunda azərbaycanlıların Orta Asiyaya sürgün olunmasının 80 illiyi ilə əlaqədar Beynəlxalq konfrans keçirəcəkdir.
Tədbirdə Qırğızıstan dövlət və hökumət rəsmiləri, deputatlar, tanınmış siyasətçilər, Qırğızıstan Xalqları Assambleyasının nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak edəcəklər.
Konfransa Azərbaycan, Qazaxıstan və Türkmənistandan qonaqlar dəvət olunmuşdur.
Tədbirdə azərbaycanlıların Orta Asiyaya sürgün olunması ilə bağlı jurnalistlər Ramiz Məşədihəsənli və Hökumə Xəlilovanın hazırladıqları sənədli film də nümayiş etdiriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek