Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Azəripək” MMC-də istehsal olunan məhsullar İran, Rusiya və Türkiyəyə ixrac edilir - REPORTAJ

“Azəripək” MMC-də istehsal olunan məhsullar İran, Rusiya və Türkiyəyə ixrac edilir -  REPORTAJ

Şəki, 20 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər ölkəmizin şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC-nin fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində MMC-də 24,7 ton yüksəkkeyfiyyətli xam ipək istehsal olunub. Doqquz ayda müəssisə tərəfindən daxili və xarici bazarlara 3 milyon 150 min manat dəyərində ipəkçilik məhsullarının satışı həyata keçirilib. O cümlədən daxili bazara 946 min manatlıq, xarici bazarlara isə 2 milyon 204 min manatlıq ipəkçilik məhsulları göndərilib. Müəssisənin məhsulları əsasən İran, Rusiya və Türkiyəyə ixrac edilib.

AZƏRTAC-ın bölgə müxbiri “Azəripək” MMC-də olub, cəmiyyətin sədri Səməd Nəbiyevlə müəssisənin fəaliyyəti və qarşıda duran vəzifələr barədə söhbət edib.

Müəssisənin fəaliyyətinin, ilk növbədə, zəruri xammal bazasından asılı olduğunu vurğulayan Səməd Nəbiyev bildirib ki, 2023-cü ildə müəssisəyə respublikanın 34 rayonundan 250 tona yaxın yaş barama daxil olub. Birnövbəli iş rejimində işləmək üçün isə müəssisəyə ildə ən azı 350 ton yaş barama lazımdır. Mövcud xammal ehtiyatı ilə müəssisənin baramaaçan istehsalatı yalnız gələn il fevralın sonunadək fəaliyyət göstərəcək. Ona görə də barama istehsalının artırılması qarşıda duran ən vacib şərtlərdən biridir. Müəssisədə üçnövbəli iş rejimində fəaliyyət göstərmək üçün hər cür şərait var. Bunun üçün isə ildə 1000 tonadək yaş barama lazımdır.

MMC-nin sədri deyib: “Müəssisənin gəlirlə işləməsi üçün yalnız ipək istehsalı ilə məşğul olmaq maliyyə baxımından sərfəli deyil. Çünki ipək parça gündəlik tələbat malı deyil və satışı da bir qədər çətindir. Daxili bazarda əsasən ipək kəlağayı satılır. İpək parça və xam ipək əsasən İrana, az miqdarda da Rusiya və Türkiyə şirkətlərinə göndərilir. Ona görə də gələcəkdə daha çox tələbat olan pambıq və süni saplardan toxunan, həmçinin pambıqla süni sapların qarışığı olan parçaların istehsalına başlamağı düşünürük. Vaxtilə burada pambıq parçaların toxunuşu ilə məşğul olan sex fəaliyyət göstərib. Həmin avadanlıqlar artıq köhnəlib, məhsuldarlığı azalıb, əksəriyyəti işlək vəziyyətdə deyil. Bu avadanlıqlar ya təmir olunmalıdır, ya da yeni, müasir avadanlıq alınmalıdır”.

Səməd Nəbiyev deyib ki, ümumiyyətlə, tekstil istehsalatı rentabelli olmaq üçün üçnövbəli iş rejimində 24 saat işləməlidir. Çünki pambıq və süni parçaların istehsalında rəqabət böyük, gəlir faizi isə çox azdır. Ona görə də, kütləvi istehsal daha məqsədəuyğundur.

Qeyd edək ki, hazırda müəssisədə baramaaçan, boyaq-bəzək, toxucu istehsalatları, burucu və xalça sexləri fəaliyyət göstərir. Bu istehsalatlarda, ümumilikdə, 314 nəfər daimi işçi çalışır.

Baramaaçan istehsalatı müəssisənin ən böyük istehsal sahələrindən biridir. İstehsalatın meneceri Şükür Bayraməliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu istehsalatın birnövbəli iş rejimində ilboyu fəaliyyət göstərməsi üçün 120 ton quru barama tələb olunur. Onun məlumatına görə, baramaaçan istehsalatında olan mexaniki dəzgahların hamısı istehsalatdan çıxarılıb. Hazırda burada 4 seriya avtomat baramaaçan dəzgah işləyir. Hər bir seriyada 20 ədəd baramaaçan dəzgah var və 18 nəfərədək işçi çalışır. Avtomat dəzgahların məhsuldarlığı mexaniki dəzgahlardan 1,6 dəfə çoxdur. Hazırda bu dəzgahlarda gün ərzində 155-160 kiloqram xam ipək istehsal olunur.

Ümumiyyətlə, baramaaçan istehsalatında gündəlik olaraq orta hesabla 440-470 kiloqram barama emal olunur. İstehsalatda əsasən 310 nömrəli ipək sap istehsal edilir. İstehsal olunan xam ipək sonra istehsalatın ipək otağına gətirilir, tikilir, keyfiyyəti müəyyənləşdirilir, yenidən qablaşdırılır, kipləşdirilir və mərkəzi anbara göndərilir. Hazırda bu istehsalatda 119 işçi çalışır. Onların orta aylıq əməkhaqqı 350-500 manat arasındadır.

Ümumiyyətlə, 2023-cü ilin 9 ayı ərzində “Azəripək” MMC-nin ayrı-ayrı istehsalatlarında 223 min kvadratmetr xam ipək parça toxunub, 6761 ədəd müxtəlif ölçülü güllü kəlağayı, 1626 ədəd güllü şərf, 724 ədəd güllü çitmə, 11 min 956 ədəd müxtəlif ölçülü bişmiş kəlağayı, 6791 kiloqram ağ və 382 kiloqram qara vata, 2129 kiloqram ilməlik sap və digər məhsullar istehsal edilib. Həmin müddətdə 6 ədəd ipək xalça toxunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub