Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azranking.az” portalının “Rəqəmsal Təqvim” elektron sistemi istifadəyə verilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azranking.az” portalının yeni “Rəqəmsal Təqvim” elektron sisteminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı yeni elektron sistemin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, bu sahədə əlçatanlıq və şəffaflığın artırılması, eləcə də ictimaiyyət və biznes nümayəndələri qarşısında hesabatlılığın yaxşılaşdırılması məqsədilə yaradıldığını deyib.

Bildirilib ki, “Rəqəmsal Təqvim” elektron sisteminin aşağıdakı imkanları vardır - işçi qrupların iclas və görüşlərinin əvvəlcədən planlaşdırılması və elektron qaydada elan olunması; iclasların optimallaşdırılması və səmərəliliyinin təmin olunması (ayda bir dəfədən az olmamaqla); iclas və görüşlərdə müzakirə üçün təklif və layihələrin üçüncü şəxslər tərəfindən elektron qaydada göndərilməsi; ictimai iştirakçılığın rəqəmsal və interaktiv formada təmin olunması; vətəndaş və biznes nümayəndələri məmnunluğun artırılması; biznes nümayəndələri ilə rəqəmsal kommunikasiyanın qurulması.

“Rəqəmsal Təqvim” elektron sisteminin tətbiqi ilə əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədrinin 2018-ci il 17 sentyabr tarixli Qərarı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili Qaydası”nda müvafiq dəyişikliklər aparılıb. Həmin tarixdən başlayaraq Komissiyanın işçi qrupların iclasları növbəti və növbədənkənar olmaqla keçirilir. Növbəti iclas ayda bir dəfədən az olmamaqla hər təqvim ayının üçüncü ongünlüyü ərzində keçirilir. Növbədənkənar iclaslar Katibliyin və ya işçi qrupların rəhbərlərinin, habelə üzvlərinin yarıdan çoxunun tələbi ilə çağırıla bilər.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev deyib ki, Komissiya 2016-cı ildən müxtəlif sahələri əhatə etməklə konkret istiqamətlər üzrə çalışır: “Artıq Komissiyanın qarşısına qoyduğu hədəfləri, fəaliyyətin səmərəliliyinin artırılması, iş bölgüsünün və ictimai iştirakçılığın daha yüksək səviyyədə təmin olunması məqsədilə müəyyən rəqəmsal elektron informasiya sisteminin tətbiqi nəzərdə tutulur. Bu bizim işimizdə həm keyfiyyət dəyişikliyi, həm də ümumilikdə yanaşma dəyişikliyinə səbəb olacaq”.

Vurğulanıb ki, işçi qrupların iclası haqqında məlumat işçi qrupların üzvlərinə işçi qrupların katibləri tərəfindən növbəti iclas gününə ən azı 10 iş günü qalmış, növbədənkənar iclas gününə isə ən azı 3 iş günü qalmış Komissiyanın İdarəetmə və Koordinasiya Paneli vasitəsilə göndərilir. Eləcə də həmin müddətlərdə işçi qrupların növbəti və növbədənkənar iclasları barədə elanlar (iclas barədə qısa məlumat, iclasın yeri və tarixi, iclasın başlanma və bitmə vaxtı, iclasın gündəliyi) Komissiyanın internet portalının müvafiq bölməsində (“Rəqəmsal Təqvim”) yerləşdirilir.

Keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə üçüncü şəxslərdən təkliflər və ya layihələr daxil olduqda həmin təkliflər və ya layihələr işçi qrupun rəhbərinə məlumat verilməklə iclasın gündəliyinə daxil edilir. İşçi qrupun rəhbərinin qərarı ilə təklifi (və ya layihəni) təqdim etmiş şəxs (şəxslər) işçi qrupun iclasına dəvət oluna bilər. “Təklif göndər” onlayn xidməti vasitəsilə daxil olmuş təkliflər və ya layihələrə işçi qrupun iclasında baxıldığı və bu sahədə görülməsi nəzərdə tutulan tədbirlər barədə müraciət edən şəxsə iclas keçirildikdən sonra 7 iş günündən gec olmayaraq elektron poçt vasitəsilə məlumat göndərilir.

Müzakirə zamanı qeyd edilib ki, yeni qaydaya əsasən işçi qrupların iclasları işçi qrupların rəhbərlərinin və katiblərinin imzaladığı protokolla rəsmiləşdirilir və protokolun surəti iclas keçirildikdən sonra 5 iş günündən gec olmayaraq Panel vasitəsilə məlumat üçün işçi qrupların üzvlərinə və Katibliyə göndərilir, eləcə də həmin müddətdə iclas barədə məlumat (müzakirə olunan mövzular və məsələlər, qəbul edilən qərarlar, iştirakçılar, iclasdan fotolar, iclasın gündəliyi) Komissiyanın internet portalının müvafiq bölməsində yerləşdirilir. Beləliklə, “Rəqəmsal Təqvim”dən istifadə etməklə bütün istifadəçilər, o cümlədən vətəndaşlar və biznes nümayəndələri aşağıdakı imkanları əldə edə bilərlər - o işçi qrupların iclasları barədə qabaqcadan ətraflı məlumatın alınması; o iclaslarda müzakirə üçün təklif və layihələrin elektron qaydada göndərilməsi; o işçi qrupları ilə interaktiv əlaqənin yaradılması; o işçi qrupların fəaliyyətinə dəstək və iclaslarda iştirak hüququnun əldə olunması.

Müzakirənin yekununda “Rəqəmsal Təqvim” elektron sisteminin fəaliyyəti barədə mütəmadi məlumatlandırıcı tədbirlərin keçiriləcəyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI