Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AzTV yeni mövsümlə bağlı hesabat yayıb

Bakı, 24 sentyabr, AZƏRTAC

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) yeni mövsümdə də bir sıra yeniliklərə start verib. Belə ki, bütün redaksiyalar yeni verilişlər təqdim edir, bir çox proqramlar isə yeni studiyalardan yeni formatda efirə çıxır.

AzTV-dən AZƏRTAC-a bildiriblər ki, "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın canlı verilişləri, tok-şouları yeni studiyalardan təqdim olunur. Ölkənin ictimai-siyasi həyatında baş verən ən aktual məsələlər həftə içi 5 gün "Əsas məsələ" tok-şousunda müzakirə olunur. Tam yeni və müasir standartlara cavab verən studiyadan təqdim olunan növbəti layihə - "Hədəf" ictimai-siyasi proqramında isə ölkə və beynəlxalq əhəmiyyətli hadisələrin təfərrüatları geniş təhlil olunur. Bu veriliş də həftə içi 5 gün yayımlanır və qonaqlar gündəmdə olan ən aktual məsələlərə münasibət bildirirlər. “Həftə”, “Planet”, “Parlament vaxtı”, “Milli istehsal", "Gəncsən" kimi geniş tamaşaçı auditoriyası olan proqramlar da yeniliklərlə təqdim olunur.

Yeni layihələrdən biri də Əməkdar jurnalist Yunis Orucovun ölkəmizin tarixi, ictimai-siyasi həyatı, iqtisadi uğurları və digər məsələlərlə bağlı dərin və əhatəli araşdırmalarının təqdim olunduğu “Jurnalist araşdırması” verilişidir.

Tezliklə təqdim olunacaq daha bir yeni layihə - "Çıxışa doğru" tok-şousunda isə əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Qeyd edilən mövzularla bağlı yarana biləcək mübahisəli məsələlərdən çıxış yolları axtarılacaq.

"İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın yaxın günlərdə təqdim edəcəyi yeni layihələrdən biri də "Azərbaycan deyəndə" proqramı olacaq. Dünya azərbaycanlılarının fəaliyyəti, təşkilatlılıq səviyyəsi, milli diasporumuzun hədəf və prioritetləri həftədə bir dəfə bu verilişdə müzakirə olunacaq.

Tamaşaçılar ölkə və dünya iqtisadiyyatında baş verən ən vacib iqtisadi yeniliklər barədə həftə içi 5 gün “İqtisadiyyat xəbərləri”ndən məlumat alırlar.

"Xəbərlər"in efir saatlarında da optimallaşdırma həyata keçirilib. Proqram gün ərzində Azərbaycan, rus və ingilis dilində olmaqla 13 dəfə efirə çıxır.

Bu mövsümdən etibarən məşhur kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevi də Azərbaycan Televiziyasının efirində görmək mümkün olacaq. Tamaşaçılar onun təqdimatında efirə gedən “Qazan-Manqal” proqramında Şərq mətbəxinin sirlərinə yiyələnəcəklər.

“Belə-belə işlər” layihəsi də artıq efirdədir. Azərbaycan və dünya tarixinin maraqlı faktlarının təqdim olunduğu veriliş həftə içi 5 gün saat 21.30-da efirdə olacaq.

Növbəti yeni layihə - "Analar Akademiyası" isə gənc analar və ana olmağa hazırlaşan xanımlar üçün maarifləndirici olmaqla yanaşı, eyni zamanda, uşaq tərbiyəsində önəmli rol oynayan məqamların təbliği və analığın ən gözəl tərəflərini göstərən, daha diqqətli və bilikli ana olmağa səsləyən bir verilişdir. 35 dəqiqə davam edən verilişdə analar üçün ən aktual olan mövzuların müzakirəsində mütəxəssislər, yaradıcı, sosial həyatı aktiv olan analar və bəzən həkimlər qonaq olur. Veriliş həftə içi 5 gün saat 11.20-də canlı efirə çıxır.

Yayımlandığı gündən özünə geniş tamaşaçı auditoriyası toplayan "Ağ-qara" proqramı yeni mövsümdə də Kamran Ağabalayev və Həcər Ağayevanın təqdimatında həftə ərzində 2 gün (şənbə və bazar) bir-birindən maraqlı qonaqlarla standartdan kənar, bir qədər fəlsəfi, ən başlıcası isə səmimi söhbətlərlə görüşünüzə gələcək.

Yeni layihələrdən biri - "Mən, Sən, O" proqramı da yeni mövsümdən etibarən artıq efirdədir. Həftə içi 5 gün, saat 18.30-da yayımlanan proqram efirə başladığı gündən xüsusilə gənclərin böyük marağına səbəb olub. "Mən, Sən, O" gəncləri maraqlandıran müxtəlif sahələr üzrə tamaşaçı auditoriyasını maarifləndirməklə yanaşı, əyləncə, həmçinin gənclərin öz vaxtlarını səmərəli keçirmələri üçün əlverişli tövsiyə və məsləhətlərlə zəngindir.

"Gənclik stansiyası", "Gün başladı", "Telesəhər", "Görüş yeri" kimi böyük tamaşaçı auditoriyası olan proqramlar da bir-birindən maraqlı təqdimatlar və qonaqlarla, yeni, müasir studiyalardan tamaşaçıların görüşünə gəlir.

Azərbaycan televiziyası yeni mövsümdə balacaları da yaddan çıxarmayıb. Belə ki, hər bazar saat 11.30-da yayımlanan "Bəlalar"da azyaşlılar üçün bir-birindən maraqlı mini-filmlər təqdim edilir. Tanınmış aktyorların da iştirak etdiyi proqram azyaşlıların həm əylənməsinə, həm də maariflənməsinə xidmət edir.

İnsanların sağlamlığı ilə bağlı bütün sualların cavabı yeni mövsümdə də "Sağlam ol" verilişində tapılacaq. Səhiyyə sahəsində tanınmış, peşəkar mütəxəssislər tibb sahəsindəki yeniliklər, eləcə də sağlamlıqla bağlı bütün tövsiyə və məlumatları həftə içi 5 gün canlı yayımlanan "Sağlam ol" proqramından ala biləcəklər.

Yeni mövsümdə yeni layihələrdən biri də "Baku s Nadejdoy" proqramı olacaq. 1980-ci illərin sonunda AzTV-də publisistik proqramlar aparan teleaparıcı Nadejda İsmayılova illər sonra yeni proqramla tamaşaçıların qarşısına çıxacaq. Bakının simvollarından biri olan Nadejda İsmayılova doğma paytaxtımıza bağlı olan, yaşından, peşəsindən asılı olmayaraq ən maraqlı insanlarla görüşərək, onlara öz təəssüratlarını bölüşmək imkanı yaradacaq.

Teleaparıcı Hüsniyyə Məhərrəmovanın təqdimatında yayımlanacaq "1 Aztv" proqramı isə tamaşaçılara maraqlı və əyləncəli anlar yaşadacaq.

"Məlahətli qonaqlar" proqramında isə Azərbaycan və Türkiyənin tanınmış sənət adamları, tanınmış simalar tamaşaçılara təqdim edilir, onların həyat və yaradıcılığından bəhs edilir. Aparıcısı tanınmış aktrisa Məlahət Abbasova olan verilişin ilk buraxılışı sentyabrın 22-də saat 22.45-də efirə gedib.

Eyni zamanda, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi və “Sabah” Yaradıcılıq Emalatxanası tərəfindən yeni film və tamaşalar təqdim olunacaq. Onlardan bəzilərinin çəkilişləri artıq başa çatmaq üzrədir, bəzilərinin çəkilişləri davam etdirilir, bir çoxuna isə qısa müddət ərzində başlanılacaq. Tamaşaçılar tezliklə Xalq artisti, görkəmli rejissor Ramiz Həsənoğlu və Nazim Məmmədovun quruluş verdiyi, böyük filosof-şair İmadəddin Nəsiminin həyatından bəhs edən "Son gecə" filmini məhz Azərbaycan Televiziyasının efirindən izləyə biləcəklər. Həmçinin televiziyanın "Qızıl Fondu"nda saxlanılan "Yarımştat" və "Bala-başabəla" tamaşalarına quruluş verən tanınmış rejissor Şərif Qurbanəliyevin təqdimatında ikihissəli, tammetrajlı "Zəng" bədii filmi də tezliklə ekranlara işıq salacaq.

Yeni mövsümdə “Mədəniyyət” kanalında da yeniliklərə şahidlik edəcəyik.

Kanalda yaxın günlərdə “Məhsəti” operasının premyerası, “Bal rəqsləri günü”, Milli parkda Avropa bəstəkarlarının əsərlərindən ibarət konserti izləyə biləcəyik.

Hər səhər insanlara xoş əhval bəxş edən "Səhər çağı" proqramı da yeni studiyadan tamaşaçıların görüşünə gəlir.

Dünya və ya yerli ədəbiyyatın ən yaxşı poeziya nümunələri "Ədəbi niyyət"də Kamran Ağabalayevin ifasında həftə boyu 7 gün poeziyasevərlərin ruhunu oxşayacaq.

Oktyabr ayı ərzində isə Azərbaycan Nəfəs Alətləri festivalı, Azərbaycan Xalq Mahnıları festivalı, Xalq artisti Lütfiyar İmanovun, Əməkdar artist Sahibə Əhmədovanın, Xalq artisti Şövkət Ələkbərovanın yaradıcılıq gecələri, eləcə də Milli Müstəqillik Gününə həsr edilmiş tədbirin yayımı nəzərdə tutulub. Yeni mövsümdə tamaşaçılar Azərbaycan Vokalçılar festivalını da “Mədəniyyət” kanalında izləyə biləcəklər.

“İdman” TV-nin efiri də yeni mövsümdə zənginliyi ilə seçiləcək. Yaponiyanın paytaxtı Tokioda keçiriləcək növbəti Yay Olimpiya Oyunlarının həyəcanının tamaşaçılar “İdman” TV ilə yaşayacaqlar. Bununla əlaqədar qarşıdakı mövsümdə telekanalda yeni layihələr hazırlanmaqdadır. Bunların arasında, ilk növbədə, “Olimpiya marafonu” intellektual-əyləncəli proqramını qeyd etmək olar. Olimpiadanın açılış mərasiminədək Azərbaycan idmançılarının müvafiq yarışlarda çıxışlarına, habelə ümumən beynəlxalq olimpiya hərəkatının tarixinə dair maarifləndirici məqamlar “Olimpiya marafonu” proqramında öz əksini tapacaq. Bu qəbildən daha bir layihənin - “Peloton” proqramının yeni məzmunda davam etdirilməsi nəzərdə tutulmuşdur.

Həmçinin Azərbaycanın əfsanəvi idmançılarına həsr olunan “İdman korifeylərimiz”, habelə beynəlxalq miqyasda tanınan əcnəbi atletlərdən bəhs edən “İdmanı sevdirənlər” başlıqları ilə portret verilişlərin yeni buraxılışları, televiziya filmləri hazırlanacaq.

Müxtəlif növlər üzrə dünya və qitə çempionatları, Formula 1 turnirləri, habelə qitənin ayrı-ayrı federasiyalarının ən mötəbər yarışları, ölkəmizin milli çempionatları məhz “İdman” TV-də kanalda azarkeşlərə təqdim olunacaq.

Planetimizdə ən çox maraq doğuran yarışlardan biri - futbol üzrə dünya çempionatının yayımı 2014 və 2018-ci illərdə “İdman-Azərbaycan” kanalına həvalə edilmişdi. Növbəti mövsümün daha bir mötəbər idman tədbiri - futbol üzrə Avropa çempionatının qrup və pley-off oyunlarının da “İdman-Azərbaycan” kanalında yayımlanacağı gözlənilir.

QSC-nin nəzdindəki Teleradio Akademiyası da yeni tədris ilinə hazırdır. Bu ay ərzində Akademiya müxtəlif peşələr üzrə dinləyicilərin qəbulu ilə bağlı yeni müsabiqə elan edəcək. Hazırda müsabiqənin şərtləri müəyyənləşdirilir. Müsabiqədən keçən dinləyicilər Teleradio Akademiyasında təhsil almaq imkanı qazanacaq və sertifikatla təmin olunacaqlar.

Yeri gəlmişkən, yay tətili ərzində Akademiyanın bir qrup müəllimi tv və radionun müxtəlif aspektlərindən bəhs edən məqalələr yazıb. Həmin məqalələr broşür şəklində dərc olunacaq və dinləyicilərin istifadəsinə veriləcək.

Bu yeniliklər davamlı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO