İQTİSADİYYAT
“B&BTV Communications” Bakıda rəqəmsal TV-nin işə salınmasına hazırdır
Bakı, 17 dekabr (AZƏRTAC). Azərbaycanın kabel televiziyası operatoru “B&BTV Communications” Bakıda DVB-T standartında rəqəmsal yayımın işə salınmasına hazırdır.
Şirkətdən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Bakıda və regionlarda rəqəmsal televiziyanın işə salınması üçün desimetrlik tezliklərin (470-dən 862 MHz) mövcudluğu lazımdır. Hazırda lazım olan tezlik spektrinin əldə edilməsi üçün danışıqlar aparılır.
Şirkət hamı üçün əlverişli olan sosial paket təqdim etməyi planlaşdırır. Kommersiya əsasında da paketin əsas baza və baza genişləndirilməsi təqdim ediləcəkdir. Bundan başqa, istehlakçıların marağına (idman kanalları, filmlər və s.) uyğun olaraq yeni məhdud çərçivədə ixtisaslaşmış paketlər də təklif ediləcəkdir. Ümumilikdə rəqəmsal formatda təxminən 100 televiziya kanalı təqdim olunacaqdır. “B&BTV Communications”in rəqəmsal televiziya şəbəkəsi ilə 2012-ci ildə respublikanın 98 faiz ərazisi əhatə ediləcəkdir.