Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baharda Azərbaycanda necə istirahət etmək olar

Bakı, 3 mart, AZƏRTAC

Bahar Azərbaycana bolluq, xeyir-bərəkət gətirir, könüllərə sevinc və hərarət bəxş edir. Təbiətin oyanışının rəmzi olan Novruz bayramı məhz baharda qeyd edilir. Mövsümün digər mühüm hadisəsi Azərbaycanın zəngin musiqi irsi ilə bağlıdır. Mart ayında Bakıda “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı keçirilir. Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısı”na daxil edilən unikal sənətdir. Nəhayət, bahar zəngin Azərbaycan mətbəxinin bütün ləzzətini dadmaq, ölkəmizin regionlarına unudulmaz səyahətlər etmək, gül-çiçəyə bürünmüş bağların və dağ çəmənlərinin ətrafa yayılan gözəl rayihəsini ciyərlərimizə çəkmək, heyrətamiz təbiət mənzərələrindən zövq almaq üçün ən gözəl fəsildir.

Mart

7-14 mart - “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı

Muğam Azərbaycanın ənənəvi musiqi janrıdır. Bu janr üçün həm solo, həm də ansambllarda improvizə edilmiş ifa tərzi səciyyəvidir. Azərbaycan muğamı 2008-ci ildə UNESCO-nun “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısı”na daxil edilib.

Dünyanın hər yerindən muğam xiridarlarını cəlb edən “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı baharda Azərbaycan paytaxtında baş verən ən parlaq hadisələrdən biridir. Bu il festivala Türkiyə, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Mərakeş, Moldova, Polşa və başqa ölkələrdən musiqiçilər və münsiflər heyətinin üzvləri dəvət edilib.

Festival çərçivəsində muğam ifaçılarının müsabiqələri və dəvət edilmiş artistlərin çıxışları ilə bərabər, beynəlxalq elmi simpoziumlar təşkil edilir. Məsələn, martın 7-10-da Azərbaycan Milli Elmlər Akademiyası “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq simpozium keçirəcək. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə və başqa ölkələrdən qonaqlar iştirak edəcəklər.

Paytaxtın nüfuzlu konsert səhnələrində - Beynəlxalq Muğam Mərkəzində, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Bakı Marionet Teatrında konsertlər təşkil ediləcək. Martın 8-13-də Gəncədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin iştirakı ilə bir sıra konsert proqramları təqdim ediləcək.

Festival martın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında qala-konsertlə başa çatacaq.

“Muğam aləmi” festivalı çərçivəsində konsertlərə getmək fürsətini əldən verməyin. Burada siz muğamın klassik ifası ilə bərabər, onun caz üslubunda interpretasiyalarından böyük zövq alacaqsınız.

21-24 mart - Novruz bayramı

Baharda Azərbaycana təşrif buyuran bütün turistlərin iştirak edə biləcəkləri ən əsas və parlaq hadisə Novruz bayramıdır. Təbiətin oyanışı, havaların istiləşməsi əsrlərboyu xalqımız tərəfindən geniş bayram edilib. Novruzun şərəfinə təntənələrə hazırlıq artıq fevralın sonlarında başlayır və bütün mart boyunca davam edir, martın 21-də - yaz gecə-gündüz bərabərliyi günündə bütün ölkə ərazisində başlanan xalq gəzintiləri bir neçə gün davam edir.

Bildiyiniz kimi, Novruzun İslama heç bir aidiyyəti yoxdur. Mömin müsəlmanlar yalnız iki bayramı - Ramazan və Qurban bayramlarını qeyd edirlər.

Novruz zamanı hər bir evdə növbənöv təamlar düzülmüş zəngin bayram süfrəsi açılır. İçərisinə səməni, cürbəcür bişinti - paxlava , şəkərbura, qoğal, badambura, habelə boyanmış yumurta, qoz-fındıq və çərəz qoyulmuş xonça, xalqı nəşələndirən Kosa, Keçəl kimi məzəli personajlar bu bayramın özünəməxsus rəmzləridir. Bu günlərdə cavanlar həyətlərdə tonqal qalayır, onun üzərindən tullanır, uşaqlar qonşuların qapılarına papaq atırlar. Papağın içinə qoyulan bayram sovqatının ayrı ləzzəti olur.

Bayram günlərində ölkənin şəhərlərində şifahi xalq yaradıcılığı və folklor ustalarının çıxışları təşkil edilir, kəndirbazlar öz məharətini göstərir, pəhləvanlar gücünü sınayır, meydan tamaşaları oynanılır.

Bakı bulvarında və paytaxtın mərkəzi parklarının çoxunda tanınmış xalq və estrada musiqisi ifaçılarının iştirakı ilə bayram konsertləri təşkil edilir. Xalq tətbiqi sənəti nümunələri, milli suvenirlər satılan çoxlu yarmarkalar açılır. Burada ən yaxşı aşpazların şəhərimizin qonaqları və yerli sakinlər üçün hazırladıqları milli yeməklərin dadına baxmaq olar.

Qeyd edək ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən 21 mart Beynəlxalq Novruz Günü elan edilib.

Milli mətbəxin bol inciləri

Azərbaycan baharı xoş havası, al-əlvan təbiəti ilə sevindirir. İlin bu fəslində Azərbaycan kulinarları təzə-tər, şirəli, ətirli və şirin səbzələrdən əsl vitamin qaynağı olan yeməklər təklif edirlər. Azərbaycanda hər fəsildə səbzə var, amma bahar ətirli növbənöv səbzələr müqayisəedilməz nemətdir. Göy qutabı, kükü, səbzi qovurmalı plov və digər yeməklər ağzının ləzzətini bilənlərin damaq dadını mütləq oxşayacaq. Bütün bu yeməkləri hər bir kafe və restoranda sifariş etmək olar.

Azərbaycan mətbəxinin nemətlərini layiqincə qiymətləndirmək istəyirsinizsə, plov festivalında iştirak etməyə çalışın. Hər il Bakıda təşkil edilən bu festival adətən baharda, bəzən isə yayda keçirilir. Məsələn, ötən il paytaxtda plov festivalı martda keçirilib. Festivalda Azərbaycan mətbəxinin adətən iri buludda təqdim edilən şah yeməyinin quzu əti, səbzə, şabalıd, qaysı qurusu, zoğal, kişmişlə hazırlanmış onlarca növünün dadına baxmaq olar. Zəfəran, sarıkök, darçın, istiot, cirə, zirə və s. kimi ədvələr plova misilsiz dad verir.

Aprel

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Aprelin 18-də dünyanın hər yerində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur. Bu gün Dünya İrs Günü kimi də məşhurdur. Azərbaycanda bu gün ilk dəfə hələ sovet dövründə - 1983-cü ildə qeyd edilib. 1984-cü ildən başlayaraq dövlət səviyyəsində keçirilib.

Hər il aprelin 18-də Azərbaycanda müxtəlif mədəni layihələr həyata keçirilir.

Məsələn, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “İçərişəhər”, “Qala” və s. tarix-memarlıq qoruqlarında “İrs günləri festivalı” keçirilir. Festival çərçivəsində xalq yaradıcılığı nümunələri - xalçalar, bəzək əşyaları, milli mətbəxin təamları və onların hazırlanması prosesi nümayiş etdirilir, xalq mahnıları, qəzəllər üstündə muğam oxunur, folklor ansambllarının çıxışları təşkil edilir.

Amma geniş ictimaiyyət üçün bu bayramın əsas üstünlüyü “açıq qapı” günüdür. Ölkəmizdəki muzey və qoruqların çoxu bu aksiyaya qoşulur. Əgər aprelin 18-də Azərbaycanda səfərdə olsanız, Bakıdakı və digər şəhərlərdəki ən maraqlı muzeylərə pulsuz gedə bilərsiniz.

Əlvan xalı tək döşənmiş çöl və çəmənlər

Bahar fəsli Bakının hüdudlarından uzaqlarda xüsusilə gözəldir. Mövsümü çiçəklər təbiətin qış yuxusundan oyandığını göstərir. May bu mövsümün ən bol çiçək açan ayıdır. Mayda ölkəmizin bölgələri qırmızı lalə, inciçiçəyi, zanbaq, nərgizgülü, sünbülçiçək və çobanyastığı kimi rəngbərəng çiçəklərdən toxunmuş nəhəng xalıya bənzəyir. Mayda Quba, Qusar və Xaçmaz, Şamaxı, Şəki, Şəmkir və Gədəbəydə təbiətin seyrinə çıxmaq ən gözəl istirahətdir.

Qusar rayonunun Alp dağları çəmənliklərini xatırladan uca dağları xüsusilə səfalıdır. May ayında Şahdağın zirvələri hələ də qarlıdır, ətəklərində isə yaşıllığı və çiçəklərin əlvanlığı ilə göz qamaşdıran füsunkar mənzərə açılır.

Əcnəbilər qədim Qəbələ şəhərini Qafqaz dağlarının əzəmətli gözəlliyi şərəfinə kiçik İsveçrə adlandırıblar. Dağ çəmənləri və meşələri daim turistləri cəlb edir. Ovçular və balıqçılar qənimətlərindən həmişə razıdırlar. Bura ekoloji turizm həvəskarları üçün əsl cənnətməkandır.

Təbiət şəfa ocağıdır

Azərbaycanda elə yerlər var ki, onların dünyada bənzəri yoxdur. Təbiətin enerjisindən pay almaq, sağlamlığını bərpa etmək üçün insanlar ilboyu, xüsusən də baharda bu yerlərə axışırlar. Paytaxtın 360 kilometrliyində və böyüklüyünə ölkənin ikinci şəhəri olan Gəncədən 48 kilometr cənub-şərqdə yerləşən Naftalan kurort şəhəridir. Burada çoxlu sanatoriya və pansionat yerləşir. Rusiyanın Yessentuki şəhəri ilə qardaşlaşmış Naftalan lap qədimlərdən öz müalicəvi nefti ilə şöhrət qazanıb. Bu nefti Midiya yağı adlandırırmışlar. Biz isə əfsanəvi arqonavt Yasonu xatırlamalıyıq. Xatırlayırsınızsa, sehrbaz qadın Medeya ona yanıqları müalicə edən möcüzəli məlhəm hədiyyə etmişdi. Reallıq mif və əfsanələri bu şəkildə təsdiq edir! Hələ qədim dövrlərdə Asiyanın müxtəlif guşələrində yaşayan insanlar xəstəliklərindən müalicə olunmaq üçün çarəni Azərbaycanda axtarırmışlar, buradan Naftalan nefti aparırmışlar. Eyni hadisələr bu gün də baş verir.

Ölkəmizin ərazisində “istisu” deyilən külli miqdarda qaynar mineral bulaqlar var. Kimyəvi tərkibindən asılı olaraq bu sulardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər. Məsələn, belə bulaqlardan biri Masallı rayonunda yerləşir. Bulağın yanında pansionat fəaliyyət göstərir. Naxçıvan şəhərində və onun ətraflarında çoxlu şəfa bulaqları qaynayır. Naxçıvanın unikal duz şaxtaları - Duzdağ Fizioterapiya Mərkəzi bütün dünyada şöhrət qazanıb. Burada xəstələr əsl təbii mağaralarda müalicə olunur, müasir dəbdəbəli oteldə yaşayırlar.

Amma Azərbaycanda müalicəvi turizmin incəlikləri barədə hələ sizə ətraflı söhbət açacağıq. Yazılarımızı izləyin!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır