İQTİSADİYYAT
“Bakcell” şirkəti “BakuTel 2014” sərgisinə ən son mobil texnologiyaları çıxarıb
Bakı, 2 dekabr, AZƏRTAC
“Bakcell” şirkəti “BakuTel 2014” sərgisində ən son mobil texnologiyaları, eyni zamanda, ölkədə gənclərin, futbolun və regionların inkişafına göstərdiyi dəstəyi nümayiş etdirir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, şirkətin stendində ziyarətçilərə LTE–A texnologiyası, Azərbaycanda ilk dəfə olaraq “Virtual supermarket”, “Bakcell” brendli ALOV və İLK smartfonlarının üstünlükləri, mobil tətbiqetmələrin inkişafına yönəlmiş “Applab” guşə təqdim olunur.
Stendin ziyarətçiləri, həmçinin “Bakcell” şirkətinin LTE xidməti ilə 4G texnologiyasının inteqrasiyasında qazandığı uğurlarla tanış olacaq, eləcə də 4G texnologiyasından mobil cihazlarda, smartfon və planşetlərdə istifadə etmək imkanı qazanacaqlar.