İDMAN
“Bakı-2015”: 3X3 basketbol üzrə Azərbaycan milli yığmalarının heyəti müəyyənləşib
Bakı, 1 may, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının 3X3 basketbol üzrə yarışlarında mübarizə aparacaq Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının heyətləri dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Elxan Əliyev sərəncamında olan basketbolçular arasında seçim edərək, mötəbər yarışa Rolandas Əliyev, Orxan Aydın, Amil Həmzəyev və Marşall Mozesi ilə çıxacaq. Qadınlardan ibarət millimizin baş məşqçisi Tatyana Slojenitsina isə ilk dəfə keçiriləcək qitə Oyunlarında Tatyana Deniskina, Renara Tiffani Reys, Aneyka Henri və Dina Ulyanovaya şans verəcək.
İlk Avropa Oyunlarının proqramına daxil olan basketbol yarışları iyunun 23-dən 26-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]