İDMAN
“Bakı-2015” birinci Avropa Oyunlarının su polosu üzrə yarışları davam edir [YENİLƏNİB]
Kişilərin mübarizəsində Azərbaycan yığması Almaniya komandasına 7:17 hesabı ilə məğlub olub.
Qadınların yarışında isə İtaliya-Rusiya qarşılaşmasında qalib müəyyənləşməyib - 11:11.
18:38
Su polosu yarışlarında gərgin mübarizə davam edir.
Kişilərin qarşılaşmasında Rusiya yığması Fransa millisini 14:6 hesabı ilə məğlub edib.
Qadın su poloçularının mübarizəsində isə Yunanıstan komandası Almaniya millisinə 15:4 hesabı ilə qalib gəlib.
Kişilər arasında mübarizənin növbəti qarşılaşmasında Azərbaycan Almaniya ilə, qadınların yarışında isə İtaliya və Rusiya komandaları üz-üzə gələcəklər.
16:48
Kişilərin yarışında Macarıstan millisi Rumıniya yığmasını böyük hesabla məğlub edib -18:3. Qadınların mübarizəsində isə Böyük Britaniya millisi 13:9 hesabı ilə İsrail komandasına qalib gəlib.
14:37
Kişilərin yarışında İspaniya millisi Slovakiya yığmasına 14:9, İtaliya komandası Ukrayna kollektivinə 18:6 hesabla qalib gəlib.
Qadınların mübarizəsində isə İspaniya millisi slovakiyalıları böyük hesabla məğlub ediblər - 20:4.
12:27
Bakı, 15 iyun, AZƏRTAC
Birinci Avropa Oyunları çərçivəsində iyunun 15-də su polosu üzrə yarışları davam etdirilir.
AZƏRTAC xəbər verir ki, su polosu yarışlarının dördüncü günündə kişilər arasında 8, qadınlar arasında isə 6 oyun keçiriləcək.
Kişilər arasında mübarizənin “A” qrupunda Ukrayna-İtaliya, Fransa-Rusiya, “B” qrupunda Rumıniya- Macarıstan, Almaniya-Azərbaycan, “C” qrupunda Monteneqro-Türkiyə, Yunanıstan-Xorvatiya, “D” qrupunda Serbiya- Malta, İspaniya və Slovakiya qarşılaşmaları keçiriləcək.
Qadınların yarışında isə “A” qrupunda Böyük Britaniya və İsrail, Yunanıstan-Almaniya və Niderland-Macarıstan komandaları qarşılaşacaq.
“B” qrupunda isə Serbiya-Fransa, İspaniya-Slovakiya və İtaliya ilə Rusiya komandaları yarışacaq.
Artıq bır neçə görüş baş tutub. Belə ki, “C” qrupunda Monteneqro-Türkiyə qarşılaşması 11:6, “D” qrupunda Serbiya millisi Malta komandasına 18:3 hesabla qalib gəlib. Qadınların yarışmasında isə Serbiya millisi fransızlara 7:9 hesabla məğlub olub.
Hazırda kişilərin yarışında “D” qrupunda İspaniya və Slovakiya milli komandaları yarışırlar.