İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 28 noyabr (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) noyabrın 28-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7838 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7840 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 1.567.600 AZN məbləğində əqd qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7838 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 745.560 AZN məbləğində əqd qeydə alınmışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7838 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, 2.950.000 ABŞ dolları və ya manat ekvivalenti ilə 2.313.160 AZN məbləğində əqd qeydə alınmışdır.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,88 faiz, ABŞ dolları üzrə isə 12,88 faiz təşkil etmişdir.
Noyabrın 28-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.