İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 2 noyabr (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) noyabrın 2-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7861 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7870 AZN-ə bərabər olmuşdur.
USD/AZN T+0 aləti üzrə 312 360 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7861 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 397 min dollar, yaxud 312 360 manat təşkil etmişdir.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AVR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,50 faiz, ABŞ dolları üzrə isə 12,79 faiz təşkil etmişdir.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında noyabrın 2-də illik 9 faizlə 92 gün müddətinə 3 000 000 AZN məbləğində əqd qeydə alınmışdır.