İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı, 17 iyun (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində iyunun 16-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8037 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8038 AZN-ə bərabər olmuşdur.
USD/AZN T+0 aləti üzrə 875 924 AZN-ya bərabər məbləğ qeydə alınmış, səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8038 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 357 616 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0, 8037 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 1 535 000 və ya 1233540 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 511 667 dollar düşmüşdür.
USD/AZN T+1, T+2, SWAP_USDAZN alətləri üzrə əqdlər qeydə alınmamışdır.
AUR/AZN T+0 aləti üzrə 1 899 000 AVR məbləğində əqd qeydə alınmışdır. Orta hesablanmış məzənnə 1 AVR üçün 0,9902 AZN-a bərabər olmuşdur.
RUB/AZN aləti üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,33 faiz, ABŞ dolları üzrə isə 15,58 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında iyunun 16-da kredit alətləri üzrə əqdlər bağlanmamışdır.