İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 21 yanvar (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) yanvarın 19-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7967 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USDAZN məzənnəsi 1 dollar üçün 0,7967 AZN-ə bərabər olmuşdur.
USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7967 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 1 515 060 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7967 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, USD/AZN T+0 aləti üzrə əqdlərin ümumi məbləği 1 900 000 ABŞ dolları, yaxud 1 515 060 AZN təşkil etmişdir.
USD/AZN T+1, T+2, SWAP_USDAZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AURAZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 14,42 faiz, ABŞ dolları üzrə isə 14,57 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında yanvarın 19-da kredit alətləri üzrə əqdlər bağlanmamışdır.