İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 19 yanvar (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) yanvarın 18-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7854 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7856 AZN-ə bərabər olmuşdur.
USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 7 730 580,40 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7854 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 9,842 milyon dollar, 7 730 580, 40 AZN təşkil etmişdir.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AVR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 13,10 faiz, ABŞ dolları üzrə isə 12,50 faiz təşkil etmişdir.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında yanvarın 18-də kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.