MƏDƏNİYYƏT
Bakı Beynəlxalq caz festivalı davam edir
Bakı, 24 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, paytaxtımızda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə “Bakı Beynəlxalq Caz Festivalı - 2014” keçirilir.
Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində baş tutan növbəti konsert də tamaşaçıların alqışları ilə qarşılanıb. Anat Kohenin kvartetinin (İsrail), eləcə də Etibar Əsədlinin (fortepiano) və qrupunun çıxışları da tamaşaçılara xoş əhval və zəngin təəssürat bəxş edib.
Oktyabrın 24-də isə Beynəlxalq Muğam Mərkəzində Zaur Mirzəyevin (saksafon) və onun qrupunun çıxışı olub.
Tamaşaçılar maraqlı caz kompozisiyalarını dinləyiblər.
Bakı Beynəlxalq Caz Festivalının konsert proqramları oktyabrın 30-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]