Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən ili uğurla başa vurub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən ili uğurla başa vurub

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən ili uğurla başa vurub. Dövlətimizin başçısının tövsiyəsi ilə BBMM, sadəcə, ölkə daxilində deyil, eyni zamanda, bir sıra xarici ölkələrdə də Azərbaycandakı etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, görüşlər həyata keçirib. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlərboyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə fikirlər BBMM-in 2020-ci ilin yekunlarına həsr olunan hesabatında yer alıb.

Hesabatda qeyd edilir ki, 2020-ci ildə bütünlükdə dünya ölkələrində tüğyan edən pandemiya səbəbindən, BBMM-in də bir çox yerli və beynəlxalq səviyyəli tədbiri təxirə salınıb. Bəzi tədbirlər isə pandemiya şərtlərinə uyğun olaraq, onlayn şəkildə həyata keçirilib.

2020-ci ili Azərbaycanın Zəfər ilinə çevirən 44 günlük Vətən müharibəsi dövründə də Multikulturalizm Mərkəzi Azərbaycanın burada yaşayan bütün xalqların Ana Vətəni olduğunu bir daha vurğulayan fəaliyyət nümayiş etdirib.

Ötən il ərzində ölkə daxilində gerçəkləşən yerli və beynəlxalq əhəmiyyətli tədbirlər içərisində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş elmi konfransı, “Holokost və Xocalı - müasirlərin gözü ilə”, eləcə də Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş dəyirmi masaları, habelə Novruz bayramı münasibətilə ölkəmizdəki etnik qrupların və konfessiya nümayəndələrinin iştirakı ilə ənənəvi bayram tədbirini xüsusi qeyd etmək olar.

Mərkəzin xarici ölkələrdəki filiallarının ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və BBMM-in yaradılmasının 6 illiyinə həsr edilmiş tədbirlər, Azərbaycanda mövcud olan etnik və dini icmalarla birgə 15 iyun - Milli Qurtuluş Gününə ithaf edilən dəyirmi masa və “Qafqaz Albaniyası irsi” mövzusunda təşkil olunan konfrans da pandemiya şəraiti ilə əlaqədar onlayn şəkildə təşkil olunub. Eyni zamanda, ali məktəblərin bakalavr pilləsi üçün tədris proqramına əsas fənn kimi daxil olan “Multikulturalizmə giriş” fənnini tədris edəcək müəllimlər üçün treninqlərin təşkili də onlayn həyata keçirilib.

Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri və dini konfessiya rəhbərlərinin Dağlıq Qarabağda 44 günlük müharibə müddətində dövlətimizin başçısı İlham Əliyevə, Azərbaycan xalqına və beynəlxalq təşkilatların rəhbərlərinə müraciətləri və məktubları hazırlanaraq ünvanlara çatdırılıb, habelə ölkədaxili və xarici mətbuatda çoxsaylı müsahibələri təqdim olunub. Ermənilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdiyi mədəni terror və beynəlxalq təşkilatların bu mövzuya laqeyd münasibəti məsələsi də BBMM tərəfindən diqqət mərkəzində saxlanılıb.

BBMM-in Rusiya, ABŞ, Bolqarıstan, Almaniya nümayəndəliklərində, eləcə də Mərkəzin dəstəyi ilə Ukrayna və Xorvatiyada Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirləri təşkil edilib.

Ənənəvi olaraq keçirilən Beynəlxalq Multikulturalizm Qış Məktəbinin X buraxılışı baş tutub. “Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhfəsi” mövzusuna həsr edilən Qış Məktəbində 20-dən çox ölkədən 25 tələbə iştirak edib.

Ötən ilin 8-12 mart tarixlərində Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğunun təşkilatçılığı və ABŞ-ın Yuta ştatında yerləşən Stirlinq Fondunun dəvəti ilə həmin ştatda “Azərbaycan multikulturalizmi modeli və dinlərarası dialoq” mövzusuna həsr olunmuş beynəlxalq konfrans və bir sıra görüşlər keçirilib. Görüşlər çərçivəsində ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul edib.

Xarici ölkələrdə reallaşdırılan tədbirlər sırasında BBMM və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Taras Şevçenko adına Kiyev Milli Universitetində, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində, V.İ.Vernadski adına Tavriçeski Milli Universitetində, Boris Qrinçenko adına Kiyev Universitetində, “Jitomirskaya politexnika” Universitetində Azərbaycan multikulturalizmi modelinin təbliğinə istiqamətlənmiş mühazirə və təqdimatların, eləcə də esse müsabiqəsinin təşkilini xüsusi vurğulamaq lazımdır.

Həmçinin Brüsseldə “Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” və ABŞ-da "Multikulturalizm təhlükəsizliyin və barışın açarıdır" adlı beynəlxalq videokonfranslar təşkil olunub. Braziliya Federal Universitetində və Rio de Janeyro universitetlərində, Argentinanın Belqrano Universitetində, Buenos-Ayres Universitetində, Salvador və La-Plata universitetlərində, Uruqvayın Katolik Universitetində Azərbaycan multikulturalizmi modelinin təqdimatına həsr olunmuş silsilə onlayn seminarlar keçirilib.

Azərbaycan multikulturalizmi fənnini dinləyən ABŞ, Kamerun, Portuqaliya, Xorvatiya, Almaniya, Estoniya, Ukrayna və Qırğızıstandan olan tələbələrin 44 günlük Vətən müharibəsi dövründə videomüraciətləri və məktublar vasitəsilə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin sosial şəbəkələr üzərindən təbliği həyata keçirilib. Bununla yanaşı, Hindistanın Şri Şri Universiteti, Rumıniyanın Aleksandr İoano Kuza Universiteti, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetində və Yaponiyanın Hokkaydo Universitetində “Azərbaycan multikulturalizmi modeli və Dağlıq Qarabağ münaqişəsi” mövzusunda elmi seminarlar təşkil olunub.

Ötən ildə Avstraliyanın Qriffit Universiteti ilə BBMM arasında anlaşma memorandumu imzalanıb, Kliment Oxridski adına Müqəddəs Sofiya Universitetində “Azərbaycanda etnik və dini müxtəliflik” adlı elmi seminar təşkil edilib.

Multikulturalizm Mərkəzinin əməkdaşları 2020-ci il ərzində müxtəlif xarici ölkələrdə təşkil olunan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə qatılıb, məruzələrlə çıxış ediblər. Belə tədbirlər sırasında Albaniyanın paytaxtı Tirana şəhərində “ATƏT regionunda antisemitizmlə mübarizə” mövzusunda keçirilən konfransı, BMT-nin Azlıqların Məsələlərinə dair Forumunun 13-cü sessiyasını, Avropa Şurasının “Nifrət nitqi ilə mübarizə” üzrə ekspert komitəsinin birinci və ikinci toplantılarını, Rusiya-Azərbaycan Gənclər Forumunu və digərlərini qeyd etmək olar.

BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 22 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. 2020-ci il ərzində 11 xarici ölkə universitetində (Ural Federal Universiteti - Rusiya, Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti - Bolqarıstan, Aleksandr İoan Kuza Universiteti - Rumıniya, İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti - Gürcüstan, Taras Şevçenko adına Kiyev Milli Universiteti - Ukrayna, Şri Şri Universiteti - Hindistan, Hokkaydo Universiteti - Yaponiya, Gadjah Mada Universiteti - İndoneziya, Frayburq Universiteti - İsveçrə, Braziliya Federal Universiteti - Braziliya, Erciyəs Universiteti - Türkiyə) Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edib. Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmrinə əsasən ölkədaxili bütün ali təhsil məktəblərində “Multikulturalizmə giriş” fənni bakalavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilib və bu fənn 38 ölkədaxili universitetdə magistr pilləsində tədris olunur. 2020-ci il ərzində “Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək şəxslərin hazırlanması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan universitetlərinin 23 müəlliminin iştirak etdiyi treninq kursları təşkil edilib, treninqləri uğurla bitirən müəllimlərə müvafiq sertifikatlar verilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2020-ci il ərzindəki fəaliyyəti, müxtəlif layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər müntəzəm olaraq yerli KİV-lərlə yanaşı, xarici mediada da işıqlandırılıb. Malayziyanın Bernama xəbər agentliyində, İsrailin STMEGI və “The Times of Israel” xəbər portallarında, Almaniyanın nüfuzlu "Der Freitag" qəzetində və "News24" portalında, ABŞ-ın Fairfield Universitetinin rəsmi saytında, Türkiyənin elmi portalında, habelə Braziliyanın Rebe TV telekanalında Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modeli, “Ermənistan-Azərbaycan münaqişəsi: sivilizasiyaların toqquşması?” mövzusuna həsr edilən bir çox məqalə və videomaterial təqdim edilib.

Multikulturalizm Mərkəzinin ingilis dilində “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalının nəşri başlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb