Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı Biznes Universitetində “Tədrisin keyfiyyətində yeni nəşrlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Bakı, 14 mart (AZƏRTAC). Martın 14-də Bakı Biznes Universitetində (BBU) bu ali təhsil müəssisəsinin yaranmasının 20 illiyi çərçivəsində “Tədrisin keyfiyyətində yeni nəşrlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan ilə yanaşı, ABŞ, Rusiya, Polşa, Litva, Gürcüstan və digər ölkələrin nüfuzlu universitetlərinin nümayəndələri iştirak etmişlər.

Konfransda BBU-nun rektoru, professor İbad Abbasov bildirmişdir ki, bu ali təhsil müəssisəsinin 20 illik yubileyinin qeyd olunması onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Yubiley tədbirinin yüksək səviyyədə təşkili göstərmişdir ki, BBU tam formalaşmış, cəmiyyətdə yüksək mövqeyi olan ali təhsil müəssisəsidir. Bu gün tam inamla deyə bilərik ki, universitetdə yüksəkixtisaslı kadrların hazırlanması işində ilk illərdə qarşıya çıxan bütün problemlər həllini tapmışdır. Yarandığı vaxtdan fəaliyyətində qətiyyətlilik, inam və rəqabət qabiliyyətlilik nümayiş etdirən BBU hazırda ölkənin özəl ali təhsil sektorunda özünəməxsus yeri və nüfuzu olan universitetdir. Yubiley tədbirlərinin davamı olaraq keçirilən konfrans əhəmiyyətli və ali məktəblər üçün vacib mövzuya həsr olunmuşdur.

Tədrisin keyfiyyətinin yüksəldilməsində yeni nəşrlərin böyük rolunu qeyd edən İ.Abbasov xarici ölkələrin təcrübəsini əks etdirən nəşrlərin bu sahədə əhəmiyyətini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ötən il BBU-nun əməkdaşları ümumilikdə 20 əsər, o cümlədən beş dərslik, altı dərs vəsaiti, doqquz monoqrafiya çap etdirmişlər. Yeddi kitab isə hazırda nəşrə hazırlanır.

Rektor konfransın məqsədlərinə çatacağına, onun nəticələrinin ali təhsil sistemi üçün faydalı və əhəmiyyətli olacağına inamını ifadə etmiş, konfransın işinə uğurlar arzulamışdır.

Konfransın əhəmiyyətindən danışan Kazan Federal Universitetinin professoru, BBU-nun fəxri doktoru Vitali İvaşkeviç vurğulamışdır ki, müxtəlif ölkələrin təhsil sistemi üçün xarakterik olan problemlərin birgə müzakirəsində və həlli yollarının araşdırılmasında bu cür tədbirlərin böyük rolu vardır. Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyini vurğulayan rusiyalı professor təmsil etdiyi universitetdə xarici ölkələrin təcrübəsindən, təhsilin magistratura pilləsində ABŞ və Avropa ölkələrinin tanınmış mütəxəssislərinin əsərlərindən geniş istifadə olunmasından söz açmışdır.

V.İvaşkeviç aktual mövzuya həsr olunmuş konfransın yüksək səviyyədə təşkilinə görə BBU-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonra konfrans işini iki bölmədə keçirilən iclaslarda davam etdirmişdir.

“Elm və təhsilin vəhdəti keyfiyyətli mütəxəssis hazırlığının əsasıdır” və “Kredit sisteminin tətbiqi və təhsilin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətləri” mövzuları üzrə bölmə iclaslarında Azərbaycan, ABŞ, Rusiya, Litva, Gürcüstan, Polşa universitetləri nümayəndələrinin məruzələri dinlənilmişdir.

Tədbirdə “Ali təhsil islahatları” mövzusunda məruzə ilə çıxış edən Gürcüstan Qafqaz Universitetinin vitse-prezidenti, professor Nuqzar Skirtladze təmsil etdiyi ali məktəbdə tədrisin keyfiyyətindən, problemlərdən və əldə olunan uğurlardan danışmışdır. BBU-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirakından məmnunluğunu bildirən gürcüstanlı alim bu ali təhsil müəssisəsinin kollektivini yubiley münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır.

Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov “Tərəqqi, texnologiya və elm” mövzusunda məruzəsində qlobal iqtisadiyyatın kriteriyalarından, tərəqqi, texnologiya və elm arasında vəhdətin olmasından, onların bir-birinə və iqtisadiyyata təsirindən danışmışdır.

İclasda “Təhsildə innovasiyalar: elmi araşdırmalar və yeni nəşrlər”, “Auditoriyada fəal təlim üsulundan istifadə metodologiyası”, “Polşada biznes təhsili: son istiqamətlər”, “Təhsildə mümkün gələcək ssenari” və digər mövzularda ümumilikdə səkkiz məruzə dinlənilərək müzakirə edilmişdir.

Bununla da, Bakı Biznes Universitetinin yaranmasının 20 illiyi çərçivəsində keçirilən “Tədrisin keyfiyyətində yeni nəşrlərin rolu” mövzusunda beynəlxalq konfrans işini başa çatdırmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi