ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti Elmi Şurasının iclası keçirilmişdir
Bakı, 14 mart (AZƏRTAC). Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, iclasda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov müasir dünyada elmin, təhsilin mühüm rolundan danışmış, ölkəmizdə bu sahələrin inkişafına böyük önəm verildiyini bildirmişdir.
BDU Tədris Metodiki Şurasının (TMŞ) sədri, AMEA-nın müxbir üzvü, professor Vasif Babazadə TMŞ-nin fəaliyyəti barədə hesabat məruzəsi etmişdir.
Sonra geologiya fakültəsinin dekanı, dosent Adil Xasayevin və kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanovun hesabat məruzələri dinlənilmişdir.
İclasda cari məsələlər də müzakirə olunmuşdur.