SİYASƏT
BAKI DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN VƏFATININ ALTINCI İLDÖNÜMÜ İLƏ BAĞLI FƏXRİ XİYABANA GƏLƏRƏK ULU ÖNDƏRİN XATİRƏSİNİ YAD ETMİŞDİR
Bakı, 11 dekabr (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin vəfatından 6 il ötür. Ulu öndəri bizdən ayıran illər ötdükcə onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini daha dərindən dərk edirik. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu qırx ilə yaxın bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Dekabrın 11-də Bakı Dövlət Universitetinin kollektivi Fəxri xiyabana gələrək, Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, məzarı üzərinə tər çiçək dəstələri düzülmüşdür.
######