BAKI FOND BİRJASINDA QISAMÜDDƏTLİ NOTLARIN YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Bakı Fond Birjasında Milli Bankın qeydiyyatından keçmiş, ümumi məbləği 50 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yeddi investorun iştirak etdiyi hərracda sifarişlərin nominal məbləği 28 milyon 395 min 600 manat təşkil etmişdir.
Notların nominal üzrə reallaşdırılmış dəyəri 20 milyon manat
məbləğində müəyyənləşdirilmişdir.
Notlar noyabrın 12-də ödənəcəkdir.