Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakı Forumu çərçivəsində “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusunda müzakirələr aparılıb VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da V Qlobal Bakı Forumunun ikinci iclasında “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın moderatorluğu ilə keçirilən iclasda müzakirə olunan mövzunun aktuallığı qeyd edildi.

İclasda Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev çıxış edərək bildirdi ki, onun fikirləri siyasi realizmə opponent mövqedədir. Çünki siyasi realizm maraqlara xidmət edir, diktatorlara yardım göstərir, müharibələr yaradır. İstərdim ki, siyasi realizm XX əsrdə qalsın və ona qayıtmayaq, siyasi realizmdən nəticələr çıxaraq. Əgər dünyada dayanıqlı sülh varsa, təkcə böyük güclər deyil, hamı nəzərə alınmalıdır, yəni, böyük güclər başqaları üçün qərarlar verməməlidir. Bu baxımdan Avropa İttifaqı gözəl təcrübədir və nadir sülh layihəsidir. Burada qərarların qəbulunda hamı iştirak edir. İstərdim ki, liderlər maraqları dəstəkləməsinlər, diplomatiyanı üstün tutsunlar, nəinki silahları. Hazırda Avropa İttifaqında 11 böhran var. İnsanlar siyasətçilərin bu böhranları həll etməsini gözləyirlər. Bolqarıstan mənim üçün o zaman güclü ola bilər ki, Avropa İttifaqı güclü olsun. Biz, eyni zamanda, transatlantik əlaqələri saxlamağa çalışmalıyıq. Bu baxımdan NATO-nun fəaliyyətini vurğulamaq olar. Biz bu təşkilatın gücünü dəstəkləyirik. Habelə sərbəst qlobal ticarət üçün şərait yaradılmalıdır. Yeni Amerika daha güclü balansa malik olacaq. ABŞ Prezidenti qanunları, qaydaları, güclü liderləri dəstəkləmir, güclü institutları dəstəkləyir. Növbəti 8-10 ildə yeni təsisatlar yaradılacaq. Bizi narahat edən məsələlərin müzakirə baxımından Qlobal Bakı Forumu çox gözəl platformadır. Biz bu imkanı yaratdığına görə Azərbaycan rəhbərliyinə minnətdarıq.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç qeyd etdi ki, maraqlara əsaslanan siyasi realizmdə dəyərlər, prinsiplər nəzərə alınmır. Beynəlxalq arenada populizm, demokratik cəmiyyətlərdə problem və münaqişələr, bir çox ölkələrdə siyasi böhranlar mövcuddur. Bu cür vəziyyətdə əsl siyasət önə çıxmalıdır. Biz əgər siyasi relizmə qayıtsaq, çox böyük çətinliklərlə üzləşəcəyik. Bu gün bir çox insanlar siyasəti təqsirləndirir, siyasi təcrübələri olmadan arenalarda çıxış edirlər. Biz bu arenada öz imkanlarımızı, eləcə də dünyadakı münaqişələri həll etmək iqtidarında olduğumuzu göstərməliyik. Yeni dünyada asayişin bərpa olunması vaxtıdır. Biz, həmçinin miqrasiya, iqtisadi təhlükəsizlik məsələləri ilə, mədəniyyət sahəsində rast gəlinən çətinlikləri aradan qaldırmaqla məşğul olmalıyıq. Bu gün biz Azərbaycanın yaratdığı bu gözəl platformadan istifadə edərək dünyaya öz mesajımızı çatdırmalıyıq: “İnsanlara münaqişələr, problemlər lazım deyil, dünyamız sülh və barış içində yaşamalıdır”.

Ərəb Liqasının sabiq baş katibi Əmr Musa bildirib ki, siyasi realizmdə beynəlxalq standartlara hörmət yoxdur, şəxsi maraqlar var. Habelə super qüvvələr öz siyasətlərini müəyyənləşdirməyiblər. Müəyyən dəyişikliklər olsa da, bu, azdır. Dünyada yoxsulluq, korrupsiya problemləri narahatlıq doğurur. BMT-nin fəaliyyəti isə sanki medalın iki üzüdür. Məsələn, bu qurumun UNESCO, FAO kimi təşkilatlarının fəaliyyəti uğurludur, lakin təhlükəsizlik məsələsi medalın qara üzüdür. Ən pisi isə böyük qüvvələrin problemləri idarə etmək cəhdləridir. Təəssüf ki, köhnə ideologiya hələ də mövcuddur. Beşinci Qlobal Bakı Forumunda müasir dünya üçün çox əhəmiyyətli mövzunun müzakirəyə çıxarılmasını yüksək qiymətləndirirəm. Qlobal Bakı Forumunun gündəliyi ildən-ilə daha da zənginləşir. Mən belə bir əhəmiyyətli tədbiri təşkil etdiyinə görə ev sahibi Azərbaycana dərin minnətdarlığımı bildirirəm.

Argentinanın sabiq vitse-prezidenti Culio Cezar Cobos Azərbaycan kimi gözəl ölkənin ev sahibliyi etdiyi bu Forumda iştirak etməkdən qürur duyduğunu bildirdi. Qeyd etdi ki, dünyada baş verən münaqişələr həllini tapmayıb. Cəmiyyətin gələcəyini cari vəziyyətə qurban vermək olmaz. Daha təhlükəsiz və ədalətli dünyanın qurulmasına çalışmaq lazımdır. Bərabərliyin və azadlığın qarantı olaraq birlikdə işləməli, bütün qüvvəmizi münaqişələri aradan qaldırmağa, miqrant probleminin həllinə yönəltməli, bərabər dünya qurmalıyıq. Bunun üçün, həmçinin iqtisadi, mədəni baxımdan əlaqələr genişləndirilməlidir. Nəzərə almaq lazımdır ki, beynəlxalq vəziyyət çox dinamikdir və gözlənilməzdir. Argentina bu iclasda müzakirə edilən mövzulara öz töhfəsini verə bilər. Dünyaya nə müşahidəçi, nə də danışan lazımdır, dünyaya əməli iş görənlər lazımdır. Dünya dövlətlərinin xarici siyasəti bu prinsipə əsaslanmalıdır, çünki gələcək nəsillər bunu tələb edir.

Ekvadorun sabiq Prezidenti Rosalia Arteaga bu paneldə xanım nümayəndələrin iştirak etməsindən məmnunluğunu ifadə etdi. Vurğuladı ki, bu gün hamı qlobal dünyada yaşayır. Eyni zamanda, dünyada müxtəlif proseslər gedir. Məsələn, Böyük Britaniya Avropa İttifaqından çıxır, beynəlxalq güclər öz iradələrini diktə edirlər. Dünyada baş verən proseslər lokal kontekstdən də təhlil oluna bilər. Məsələn, Çinin iqtisadiyyatında nəsə baş verərsə, bu, digər ölkələrə təsir edəcək, yaxud Avropada avronun dəyərdən düşməsi başqa ölkələrə təsirsiz ötüşməyəcək. Eləcə də texnologiyaların inkişafı ayrı-ayrı ölkələrə təsir edir. Qloballaşmanın təsiri xoşumuza gəlib-gəlməsə də böyükdür. Bunun üçün qlobal problemlərin həllini birgə aradan qaldırmağa çalışmalıyıq. Bu baxımdan Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir.

“Ukrayna Üç Min” Fondunun prezidenti, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko Azərbaycanın ev sahibliyi etdiyi bu Foruma dəvətə görə təşəkkür etdi və aktual mövzuların müzakirə olunduğu tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, dünyada iki-üç güclü dövlət digər ölkələrin taleyini müəyyənləşdirir, yerdə qalanlar isə onlarla hesablaşmalı olur. Lakin bu, düzgün deyil. Bu, nə mənəviyyata, nə də beynəlxalq standartlara uyğundur. Siyasi realizm uzun müddət davam edə bilməz. Eyni zamanda, Avropa İttifaqı və digər birliklər birgə müqavilələrə əməl etməlidirlər. Avropa İttifaqı vətəndaşlara üz tutmalı və bu qurumun nə üçün yaradıldığını onlara izah etməlidir. Vətəndaşlar korrupsiya və ayrı-ayrı ölkələrdə baş verən münaqişələrdən narahatdırlar. Qloballaşmanı dəyişə bilməsək də, qloballaşmada daha faydalı iştirak edə bilərik.

ABŞ hökumətində baş məsləhətçi Edvard Lutvok Donald Tramp Administrasiyasının öz fəaliyyətində prioritet hesab etdiyi məsələlərdən danışdı. Qeyd etdi ki, hazırda ABŞ dövlətində siyasətin əsasını infrastruktur layihələri təşkil edir. Bu, bir növ gəlirlərin yenidən bölüşdürülməsidir. ABŞ dövləti xarici siyasətində müttəfiq dövlətlərlə münasibətini davam etdirir. E.Lutvok Prezident Reyqanın dövründən hökumətdə fəaliyyət göstərdiyini diqqətə çatdıraraq müxtəlif illərdə dövlətin strategiyasının siyasi və iqtisadi aspektləri, nəticələri haqqında məlumat verdi, fikirlərini müqayisələrlə əsaslandırdı. O, V Qlobal Bakı Forumunda müzakirə olunan mövzuların əhəmiyyətindən danışdı, burada maraqlı fikirlərin səsləndirildiyini bildirdi.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

Bakı Forumu çərçivəsində “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusunda müzakirələr aparılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb