Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı İdarəetmə və Texnologiya Kolleci ilə “BİTKol+OM” MMC arasında müqavilə imzalanıb

Bakı, 10 iyul, Xatirə Cəfərova, AZƏRTAC

İyulun 10-da Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTKol) ilə “BİTKol+OM” MMC arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə BİTKol-un direktoru Varis Allahverdiyev rəhbərlik etdiyi təhsil müəssisəsində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, ümumilikdə 22 ixtisas üzrə kadr hazırlayan kollecdə 14 ixtisas üzrə qəbul aparılır. Rus və Azərbaycan dilində tədris həyata keçirilən kollecdə əyani şöbədə 1649, qiyabi şöbədə 207 tələbə təhsil alır.

“Ümumilikdə bu tələbələrdən 835-i dövlət hesabına, digərləri ödənişli əsaslarla təhsil alır. Təhsil müəssisəsində tədris proqramları üzrə həyata keçirilən siyasət Təhsil Nazirliyinin birbaşa verdiyi təlimat və əmrlərə əsaslanır. Yəni dövlət hesabına maliyyələşən kollecin bütün fəaliyyəti dövlətin tələbləri çərçivəsindədir. “2016-2017-ci tədris ilinin əvvəlindən kollecdə başlayan ciddi struktur islahatları nəticəsində tədris ilinin sonuna doğru hazırkı səviyyəyə gəlib çıxa bilmişik. Təbii ki, keyfiyyətli təhsil verməklə yanaşı, kollecin maddi-texniki bazasını gücləndirməyi, əməkdaşların sosial şəraitini daha da yaxşılaşdırmağı da qarşımıza məqsəd qoymuşuq”, - deyə V.Allahverdiyev bildirib.

Mövcud qanunvericilik çərçivəsində Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarından çıxış edərək birgə fəaliyyət formatının seçildiyini qeyd edən direktor deyib: “Düzdür, bu formatın seçilməsi heç də asan başa gəlməyib. Kollec daxilində keçirilən pedaqoji iclaslarda bu barədə fikir bildirilib, müzakirələr gedib. Paralel olaraq Təhsil Nazirliyinin müxtəlif strukturları ilə danışıqlar aparılıb. Nəticədə birgə fəaliyyət, bu çərçivədə müştərək müəssisəsinin yaradılması istiqamətində işlərə start verilib. İrəli sürdüyümüz təhsil, təcrübə və texnologiya devizinə uyğun olaraq tədrisi günün tələbləri səviyyəsində qururuq. Bununla bərabər, müxtəlif ixtisaslar üzrə baza yaratmağı planlaşdırırıq. İnformasiya texnologiyaları, zərgərlik və bəzək əşyalarının hazırlanması ixtisasları üzrə kollecin bazası yaxşı səviyyədədir. Geyimlərin modernləşdirilməsi ilə bağlı da emalatxanamız var. Bu il kollecə verilən “Poliqrafiya istehsalının texnologiyası” sahəsində də tam bazanı yarada bilmişik. Mübadilə istisna olmaqla, bu sahə üzrə bütün proseslər kollecin poliqrafiya bazasında həyata keçiriləcək. İndi əsas məqsədimiz kollecdəki bütün ixtisaslar üzrə bu cür mükəmməl baza yaratmaqdır. Yəni tələbə kollecdə təhsil aldığı müddətdə ixtisası çərçivəsində bütün bilik və bacarıqlara, təcrübəyə yiyələnməli, peşəkar kadr kimi yetişməlidir”.

“BİTKol+OM” MMC-nin direktoru Oqtay İmaməliyev göstərilən etimada görə Təhsil Nazirliyinə, kollecin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, birgə müəssisənin müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görüləcək. O, əminliklə söyləyib ki, birgə müəssisə tələbələrin təcrübəsinin artırılmasına, peşəkar kadrların hazırlanmasına, gələcəkdə onların iş yerləri ilə təmin olunmasına, ən nəhayət, vətəndaşların bir qisminin sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov belə bir tədbirin keçirilməsini müsbət hadisə kimi dəyərləndirib. O, mümkün normativ hüquqi sənədlər, qanunvericilik çərçivəsində orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinə müəyyən sərbəstliklərin verilməsi imkanının yaradılması ilə bağlı mühüm işlər getdiyini diqqətə çatdırıb. Nazirlik rəsmisi deyib: “Hər hansı təhsil müəssisəsinə müəyyən sərbəstliyin verilməsi onun məsuliyyətini daha da artırır. Bizim bugünkü fəaliyyətimiz dünənki kimi ola bilməz. Ali təhsil müəssisələrinin gəlirləri yalnız tələbələrin təhsil haqqından ibarət olmadığı kimi, orta ixtisas təhsil müəssisələri də maliyyə mənbələrini dayanıqlı etmək istiqamətində fəaliyyət ortaya qoymalıdır. Bu mənada artıq kolleclərin dünənki missiyası başa çatıb. Orta ixtisas təhsil müəssisələri yeni imkanlar, maliyyə mənbələri axtarmalı, bundan qaynaqlanaraq öz maliyyə durumunu yaxşılaşdırmalıdır. Hazırda imzalanma mərasiminə toplaşdığımız birgə fəaliyyət haqqında müqavilə də bu kontekstdə atılan uğurlu addımdır. Birgə fəaliyyətin yaradılması kollecdə təhsilin keyfiyyətini yaxşılaşdırmaqla, istehsalatla, əmək bazarı ilə əlaqə yaradır, sənayeni kollecə gətirir. Burada təhsil alan tələbə gələcəkdə haradasa işləmək üçün iş yeri axtarmayacaq, buradan birbaşa işə götürüləcək. Bununla da kollec öz tələbəsini peşəkar kadr kimi hazırlamaqla yanaşı, onu işlə də təmin etmiş olacaq. Burada kollecin maraqlarından biri də dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Təhsil Nazirliyi tərəfindən Bakı İdarəetmə və Texnologiya Kollecində belə imkanların yaradılması təqdir olunur, dəstəklənir. Düşünürəm ki, belə layihələr davamlı olacaq”.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov və Sənaye Pedaqoji Kollecinin direktoru Vidadi Orucov da çıxış edərək öz fikirlərini bildiriblər.

Sonra BİTKol-un direktoru Varis Allahverdiyev və “BİTKol+OM” MMC-nin direktoru Oqtay İmaməliyev tərəfindən birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflər təhsil, texnologiya və bədən tərbiyəsi üzrə birgə proqramların təşkili, yeni texnologiyaların tətbiqi və müxtəlif layihələrin hazırlanması işlərində əməkdaşlıq edəcəklər.

Mərasim yekunlaşandan sonra qonaqlar kollecdəki şəraitlə, həmçinin birgə fəaliyyət üçün yaradılan poliqrafiya bazası ilə yaxından tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi