Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakı mədəniyyətlərarası dialoqun paytaxtıdır

Bakı, 9 iyun, AZƏRTAC

“Naşa Qazeta.ch.│” öz səhifəsində Nadejda Sikorskayanın “Bakı mədəniyyətlərarası dialoqun paytaxtıdır” sərlövhəli məqaləsini yerləşdirib. AZƏRTAC həmin məqaləni təqdim edir.

“BMT-nin mayın 21-də qeyd etdiyi Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə mayın 18-19-da Azərbaycanın paytaxtında Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilirdi. Forumu UNESCO, İSESCO, Dünya Turizm Təşkilatı və Avropa Şurası birgə təşkil etmişdi. “Naşa Qazeta.ch.│” nəşrinin redaktoru da respublika hökumətinin dəvəti ilə bu Forumda iştirak etmişdi.

Yuxusuz gecədən sonra səhər saat 6-da tanış olmayan bir şəhərə ilk dəfə uçub gələn insanı ilk növbədə nə narahat edir? Əlbəttə, internet işləyirmi sualı! Heydər Əliyev Beynəlxalq Aeroportundan dünya şəbəkəsinə dərhal və keyfiyyətlə qoşulma sürprizlər seriyasından birincisi oldu. İkincisi - əvvəllər qarşıma çıxan tərifli rəylərə baxmayaraq sübh çağının zəif dumanında gördüyüm möhtəşəmliyə hazır olmamağım. Hər halda ən yaxşısı bir dəfə görməkdir! Üçüncüsü - müasir Bakının təcəssümü olan üç göydələn kompleksindən ibarət “Alov qülləri”ndən birində yerləşən supermüasir gözəl otel. İstirahətə bir saatdan bir qədər çox vaxt qalırdı. Düz səhər saat 8-də isə Forumun rəmzi ilə bəzədilmiş rahat avtobuslar iştirakçıları Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasiminə apardı.

Heç nəyə bənzəməyən bu binanı görəndə əlim adətim üzrə telefona uzandı - onun kim tərəfindən inşa olunduğunu “google”də axtarmağa başladım. Məlum oldu ki, onu İraqda anadan olan Britaniya arxitektoru və dizayneri, dekonstruktivizmin nümayəndəsi Zaha Hadid inşa edib. Z.Hadid 2004-cü ildə Pritsker mükafatına layiq görülən ilk qadın arxitektordur. 2012-ci ildə isə Britaniya İmperiyasının “Xanım komandor” ordeninə layiq görülüb. Mərkəzin tikintisi beş il çəkib. 2012-ci il mayın 10-da təntənəli açılışı olub, 2014-cü ildə isə bu unikal bina nüfuzlu “ Design of the Year” mükafatına layiq görülüb. İndi onun girişində müxtəlif ölkələrdən Bakıya “qonaq gəlmiş” ən füsunkar ceyranlardan ibarət sərgi açılıb. Axı, Ceyran qarşıdan gələn birinci Avropa Oyunlarının rəmzlərindən biridir.

(Bircə düz xətti də olmayan bu qeyri-adi tikilidə qarşımıza çıxan ilk adamın Olqa Rostropoviç olması daha bir sürpriz oldu. Bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə onun atasının, Bakıda doğulan böyük violonçelçalan Mstislav Rostropoviçin adını daşıyan sayca səkkizinci festival keçirilir. Odur ki, ertəsi gün Mstislav Rostropoviçin Moskva Fondunun təqaüd alan gənc musiqiçilərinin və İqor Butmanın dahiyanə kvartetinin Bakının yaraşıqlı Filarmoniyasında keçirilən maraqlı konsertində olduq).

Eyni zamanda “Bakı prosesi” adı ilə məşhur olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsası 2008-ci ildə qoyulub. Ötən illər ərzində bu forum qloballaşdığı qədər müxtəlif olan dünya birliyini narahat edən ən mühüm məsələlərə dair fikir mübadiləsi aparmaq üçün hamı tərəfindən qəbul edilən məkana çevrilib. Odur ki, indiki forumun leytmotivinin “Ümumi təhlükəsizlik üçün ümumi mədəniyyət” olması heç də təəccüblü deyil.

Forumu əla ingilis dilində açan Azərbaycan Prezidenti İlham Əliyev təqribən yüz ölkədən 500-dən çox iştirakçıya müraciət edərək vurğuladı ki, Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkənin uğurlu inkişafına öz töhfələrini verirlər. O dedi: “Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir”.

Prezident Əliyev bildirdi ki, mədəni müxtəlifliyə alternativ görmür. O, toplaşanların hamısını bu konsepsiyanı irəlilətmək üçün səylərini birləşdirməyə çağırdı. O, mədəni müxtəlifliyin gələcəyinin olmadığını düşünənlərə xəbərdarlıq edərək dedi: “Səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”. Dini və ya etnik zəmində gərginliyin bəzən süni şəkildə yaradıldığını qeyd edən Prezident bütün ölkələrin liderlərini, bütün siyasətçiləri xüsusi sayıqlıq nümayiş etdirməyə çağırdı.

Əfsus ki, onu tribunada əvəzləyən natiqlərin irəlicədən hazırlanmış və kağızdan oxunan çıxışları bu dərəcədə qətiyyətli və cəsarətli olmadı. Təəssüf edirik ki, belə mühüm və real şəkildə ümumi mövzuya həsr olunmuş forumda bəzi natiqlər ənənəvi ideoloji və siyasi opponentlərinə həmişəki kimi hücum etməkdən özlərini saxlaya bilmədilər. Zənnimizcə, bunun üçün zaman və məkan yanlış seçilmişdi. Amma yəqin ki, heç bir iri beynəlxalq toplantı insanın kefini pozan belə əhəmiyyətsiz hadisələr olmadan ötüşmür.

BMT-nin antisemitizmə qarşı mübarizə məsələləri üzrə xüsusi nümayəndəsi ravvin Endrü Bekerin çıxışı gözlənilməz oldu. O, nəinki yəhudilər ilə müsəlmanlar arasında dialoqu möhkəmləndirməyə çağırdı (onun sözlərinə görə, hər iki tərəfin cəsarətli nümayəndələri sayəsində bu sahədə əhəmiyyətli irəliləyiş əldə olunub), həm də din qardaşlarının Allahın adından törətdikləri terror aktlarına qarşı mötədil müsəlmanların yetərincə fəal çıxış etmədikləri barədə yayılmış fikri təkzib etdi. Onun fikrincə, qarşılıqlı anlaşmaya nail olmaq formulu sadədir: müsəlmanlar Holokostu danmaqdan imtina etməli, yəhudilər isə islamofobiyanı dəstəkləməməlidirlər.

Belə tədbirlərdə iştirak etmiş bütün oxucularımıza yaxşı məlumdur ki, mühüm məqamların çoxu iclas salonlarında deyil, “pərdə arxasında”, fasilələrdə, çay, yaxud nahar süfrəsi arxasında qeyri-rəsmi görüşlərdə baş verir. Məsələn, Rus Dram Teatrının direktoru Ədalət Hacıyev ilə plov süfrəsi arxasında görüşdük. Bu yaxınlarda 95 illiyini qeyd edən teatrda nə vaxtsa Faina Ranevskayanın özü çıxış edib! Bu yaxınlarda Lev Dodinin truppasını qəbul edən, indi isə Lermontovun 200 illiyi şərəfinə “Maskarad” ilə cavab səfərə hazırlaşan Ədalətin və Ukrayna mədəniyyət nazirinin müavini Andriy Vitrenkonun müşayiəti ilə köhnə Bakının küçələrində gəzib dolaşmağa başladıq. Öyrəndik ki, “Brilyant əl” filmindən məşhur “Sürüşdüm, yıxıldım, oyandım - gips” səhnəsi bu küçələrdən birində çəkilib. Tarixi yeri yaddaşımıza həkk edəndən sonra kult filmindən sitatları hamılıqla, bir-birimizə aman vermədən və təbii ki, rus dilində yağdırmağa başladıq.

Ümumiyyətlə, Bakıda hər yerdə, hətta yeniyetmələr arasında söhbətlərdə rus dili eşidilir. Yəqin ki, bu, 250 rusdilli məktəbin, Slavyan Universitetinin və yeni tanışlarımızın danışdıqları kimi, diplomu yüksək qiymətləndirilən MDU-nun filialının olması ilə izah edilir.

Bakıda olduğumuz ikinci günün xeyli hissəsini Azərbaycan Respublikasının parlamentində - Milli Məclisdə keçirdik. Parlament sədrinin müavini Bahar Muradovanı və parlament aparatının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aynur Nurəhmədovanı yenidən görmək xoş idi. Onlar ilə bu ilin martında Berndə tanış olmuşduq. Həmin rəsmi səfər mehriban insani münasibətlərin başlanğıcını qoyması sevindirici haldır. Razılaşın ki, belə münasibətlər hər hansı əməkdaşlığın ən etibarlı rəhnidir. Aynur Nurəhmədovanın lütfkarlığı sayəsində parlamentin əzəmətli binasını gəzdik, Heydər Əliyev muzeyinə getdik, - onun divarlarından birini respublikanın keçmiş başçısının Mstislav Rostropoviç və Gennadi Xazanov ilə birgə şəkli bəzəyir, - deputat kreslosunda oturduq və hətta tribunada dayandıq!

Sonra bədən quruluşu üçün zərərli olan paxlava ilə çay və çox dadlı nahar süfrəsi arxasında redaksiyamızla Azərbaycanın əməkdaşlığına dair müxtəlif ideyaları müzakirə etdik. Məlum oldu ki, Bahar Muradova da, Aynur Nurəhmədova da yazılarımızı izləyir və çox vaxt bu yazılarda öz işləri üçün faydalı informasiya tapırlar.

Milli Məclisin sədri Oqtay Əsədovla görüşmək imkanı lap gözlənilməz sürpriz oldu. Demək olar, bir saat çəkən qeyri-rəsmi söhbətdə çox mətləblərdən - bütövlükdə siyasətdən, o cümlədən Dağlıq Qarabağdakı və Ukraynadakı vəziyyətdən, jurnalistikadan, incəsənətdən, Azərbaycanın Rusiya və İsveçrə ilə müsbət inkişaf edən münasibətlərindən danışdıq. Cənab Əsədov artıq 10 ildir ki, Azərbaycan Respublikasının Milli Məclisinə başçılıq edir. O, mənə təcrübəli, müdrik və təmkinli adam təsiri bağışladı.

Söz yox ki, belə dar macalda - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi bir vaxtda bizə göstərilən diqqətdən riqqətə gəldik. İyunun 2-də neft və qaz məsələlərinə dair forum, 12-də birinci Avropa Oyunları başlayacaq. Bakıda həyat qaynayır”.

Materialı http://nashagazeta.ch/news/culture/19679 linkindən oxuya bilərsiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi