İQTİSADİYYAT
Bakı metrosunun platformalarında yeni oturacaqların quraşdırlımasına başlanılıb
Bakı, 23 iyun, Elvin Camalov, AZƏRTAC
“Bakı Metropoliteni” QSC metro stansiyalarının platformalarında yeni oturacaqların quraşdırlımasına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, hazırda “Elmlər Akademiyası” metro stansiyasının platformasında yeni oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib.
“Keçən il Birinci Avropa Oyunları ilə əlaqədar metro stansiyalarda təhlükəsizlik tədbirlərini gücləndirmək üçün bəzi platformalardakı oturacaqlar yığışdırılmışdı. Artıq həmin stansiyalarda yeni və müasir oturacaqların quraşdırılmasına başlanılıb. Yaxın günlərdə isə “Cəfər Cabbarlı” və “Sahil” metro stansiyalarının platformalarında da oturacaqlar quraşdırılacaq. Bu metro stansiyaların hər birinin platformasında 10 oturacaq mövcud olacaq”, - deyə N.Paşayev vurğulayıb.