BAKI MUSİQİ AKADEMİYASINA ÜZEYİR HACIBƏYLİNİN ADININ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Bakı Musiqi Akademiyasına dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 sentyabr 2008-ci il.