ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində ağacəkmə aksiyası
Bakı, 30 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi planlaşdırılıb.
Bu təşəbbüsə həvəslə qoşulan Bakı Slavyan Universitetində (BSU) oktyabrın 30-da ağacəkmə aksiyası keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, müəllim və tələbələrin, əməkdaşların fəal iştirakı ilə keçirilən aksiya zamanı universitetin həyətində və yaxın ərazilərdə çoxlu sayda ağac əkilib. Universitetin kollektivi tərəfindən belə aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.