İQTİSADİYYAT
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyədən keçən hissəsində partlayış baş vermişdir
Bakı, 30 may (AZƏRTAC). Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyədən keçən hissəsində baş verən partlayışın nəticəsində Azərbaycandan Türkiyəyə qazın nəqli dayandırılmışdır.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, kəmərin Türkiyə hissəsi bu ölkənin “BOTAŞ” şirkəti tərəfindən idarə olunur.
Türkiyəyə qazın nəqlinin dayandırıldığını “bp-Azerbaijan” şirkətində də təsdiqləyiblər. Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, qazın ixracı “BOTAŞ” şirkətinin xahişi ilə dayandırılmışdır.
Türkiyənin TRT-2 televiziya kanalının yayımladığı xəbərdə deyilir ki, kəmərin Qars şəhərinin yaxınlığından keçən hissəsində baş verən partlayış nəticəsində yaranan alovun hündürlüyü 100 metr olmuşdur. Partlayışın terror aksiyası nəticəsində baş verməsi istisna edilmir. Hadisə yerinə yanğınsöndürənlər gəlmişlər. Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]