Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda “Bərpa olunan enerji mənbələrindən istifadə olunma problemləri və perspektivləri” mövzusunda Beynəlxalq konfrans işə başlamışdır

Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) “Bərpa olunan enerji mənbələrindən istifadə olunma problemləri və perspektivləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar AzTU-nun foyesində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

AzTU-nun rektoru, professor Havar Məmmədov tədbiri açaraq konfransın məqsəd və əhəmiyyətindən, mövzunun müasir dövr üçün aktuallığından danışmışdır.

Energetika sektorunun Azərbaycanın iqtisadiyyatında mühüm sahələrdən biri olduğunu qeyd edən H.Məmmədov ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərindən bu sahənin inkişafına xüsusi diqqət göstərdiyini bildirmişdir. Çünki elektrik enerjisi sahəsi ölkənin sosial problemlərinin həllində önəmli rol oynayır.

Bildirilmişdir ki, respublikamız müstəqilliyini bərpa etdiyi ilk illərdə iqtisadiyyatın digər sahələri kimi, energetika sektoru da durğunluq dövrünü yaşamış, lakin buna baxmayaraq, əhalinin fasiləsiz enerji təminatını qoruyub saxlaya bilmişdir. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev respublikada hakimiyyətə qayıtdıqdan sonra energetika sahəsi sürətlə inkişaf etmiş, məhz onun uğurlu siyasəti nəticəsində xarici dövlətlər tərəfindən bu sektora irimiqyaslı sərmayə qoyuluşuna başlanılmışdır. Ümummilli liderin energetika sahəsində əsasını qoyduğu inkişaf və tərəqqi yolunu Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Hazırda ölkənin energetika sektoru özünün uğurlu inkişaf mərhələsini yaşayır.

Rektor demişdir ki, bərpa olunan enerji mənbələri nəhəng və tükənməz olmaqla yanaşı, həm də ekoloji təmiz mənbədir. Bu istiqamətin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanında, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2004-cü il 21 oktyabr tarixli Sərəncamında və 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda əksini tapmışdır.

Qeyd olunmuşdur ki, neft ehtiyatlarının zənginliyinə görə Azərbaycanın dünyada qabaqcıl yerlərdən birini tutmasına baxmayaraq, gələcəkdə onun enerjiyə tələbatının daxili ehtiyatlar hesabına tamamilə ödənilməsi getdikcə çətinləşə bilər. Hazırda dünyada istehsal olunan elektrik enerjisinin təxminən 15 faizi alternativ enerji mənbələrinin payına düşür. Bu sahədəki dünya təcrübəsindən istifadə etmək üçün Azərbaycan 2009-cu ildə yeni yaradılmış Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin üzvü olmuşdur.

Qəbul edilmişdir ki, Dövlət proqramları əsasında ATƏT-in Bakı ofisinin bərpa olunan enerji üzrə hüquqi və normativ baza üçün ən yaxşı təcrübələr üzrə beynəlxalq seminar keçirməsi bu sahədəki səmərəli işin məntiqi nəticəsidir.

Respublikamızda energetika sahəsində çalışacaq gənc mütəxəssislərə ehtiyacın durmadan artdığını qeyd edən H.Məmmədov bildirmişdir ki, AzTU-nun istilik və soyuqluq texnikası kafedrası 1993-cü ildən bərpa olunan enerji mənbələri və qurğular ixtisası üzrə bakalavr hazırlığını həyata keçirir. Universitetdə keçirilən beynəlxalq tədbirin bu sahədə əhəmiyyətini və ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini vurğulayan rektor konfransın işinə uğurlar arzulamışdır.

Tədbirdə Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, alternativ enerjidən istifadə şərtlərindən, enerji sektorunun işinin düzgün qiymətləndirilməsinin vacibliyindən danışmışdır.

“Alternativ enerji mənbələri üzrə yeni Azərbaycan modeli” mövzusunda məruzəsində alternativ enerjidən istifadə baxımından beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətindən söz açan A.Bədəlov bildirmişdir ki, biz enerji mənbələrini təyin edəndə ölkədəki yataqlardan daha səmərəli istifadə olunması istiqamətində bir sıra mühüm işlər görmüşük. Məqsədimiz günəşdən 30-35 faiz, küləkdən isə 40-50 faiz enerji almaqdır.

Alternativ enerjidən istifadə sahəsində Azərbaycanı digər ölkələrdən fərqləndirən prinsiplərdən danışan A.Bədəlov demişdir ki, dövlətdə siyasi iradənin olması və güclü elmi-texniki potensialın mövcudluğu vacib məsələlərdəndir. Bütün amillər və bununla yanaşı, ölkədə elmi-texniki potensialın mövcudluğu bizi alternativ enerji məsələləri ilə daha ciddi məşğul olmağa sövq edir.

Sonra Rumıniyanın Ovidius Universitetinin professoru Eden Mamutun “Mikro və nano ölçmələrdə istilik-mübadilə proseslərinin təcrübi və nəzəri aspektləri”, Almaniyanın Rostok Universitetinin professoru, AzTU-nun fəxri doktoru Egon Hasselin “Almaniyada alternativ enerjidən istifadə” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə alternativ enerjidən istifadənin üstünlüklərindən danışılmış, bərpa olunan enerji qurğularında istifadə edilən istilik daşıyıcılarının xassələrinin öyrənilməsinin bu sahədə mühüm amil olması diqqətə çatdırılmışdır.

AzTU-nun istilik və soyuqluq texnikası kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Astan Şahverdiyev bildirmişdir ki, universitetdə uzun illərdir bərpa olunan enerji mənbələrindən istifadə sahəsində tədris işləri və genişmiqyaslı elmi araşdırmalar aparılır. Bununla yanaşı, AzTU xarici ölkələrin aparıcı elm mərkəzləri ilə müştərək tədqiqatlar aparır və dünya təcrübəsinin respublikamızda tətbiq edilməsi istiqamətində mühüm işlər görür. A.Şahverdiyev konfransın beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etmiş, tədbirin öz məqsədlərinə nail olacağına əminliyini bildirmişdir.

Sonra konfrans işini “Alternativ və bərpa olunan enerji mənbələrinin istifadə perspektivləri” və “Günəşqızdırma sistemlərində istifadə olunan istilikdaşıyıcılarının termodinamiki və istilik-fiziki xassələri” mövzularında bölmə iclasları ilə davam etdirmişdir. İclaslarda Azərbaycan ilə yanaşı, Rumıniya, Almaniya, Ukrayna alimlərinin məruzələri dinlənilmişdir.

Konfrans noyabrın 30-da başa çatacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddəti artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib