BAKIDA BEYNƏLXALQ YARIŞLAR KEÇİRİLƏCƏK
Fevralın 14-15-də Əl oyunları sarayında qadınlar arasında voleybol üzrə Avropa “Top-komanda kuboku” uğrunda yarışların dörddə bir final oyunları keçiriləcəkdir. Azərbaycanın “Azərreyl” komandası Ukraynanın “Dinamo” komandası ilə qarşılaşacaqdır.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Avropa Voleybol Federasiyasının qərarı ilə bu yarışların final oyunları martın 8-9-da Bakıda keçiriləcəkdir. Dörd komandanın iştirak edəcəyi yarış ərəfəsində Avropa Voleybol Federasiyasının prezidenti Andre Mere Bakıya gələcəkdir.
Martın 6-9-da Bakıda boks üzrə beynəlxalq turnir də keçiriləcəkdir. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrinin şərəfinə keçirilən ənənəvi turnirdə bu il ilk dəfə olaraq yaşlı idmançılar yarışacaqlar. 15 ölkənin idmançıları yarışlarda iştirak etmək istədiklərini təsdiqləmişlər. Azərbaycan tərəfi bu turnirə “A” dərəcəsi verilməsinə nail olmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [20:00]
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
- 04.11.2026 [19:57]
Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır
- 04.11.2026 [18:34]
Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub
- 04.11.2026 [18:13]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [17:20]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [15:35]