Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev sərgilərlə tanış olmuşdur

Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılmışdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olmuşlar.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına və xanımına məlumat verdi ki, ölkəmizdə ilk dəfə keçirilən idman, idman ləvazimatı və geyimi beynəlxalq sərgisi Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin təzahürüdür. Sərginin əsas məqsədlərindən biri bu sahədə irihəcmli infrastruktur layihələrinə investisiyaların cəlb edilməsinə nail olmaqdır. 2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətləri də bu sərginin əhəmiyyətini artıran mühüm amillər sırasındadır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən idman, idman ləvazimatı və geyimi sərgisi öz meydançasında 50 iştirakçını, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirmişdir.

Diqqətə çatdırıldı ki, sərgidə idman obyektlərinin təchizatı sahəsində mütərəqqi həll variantları, idman qurğuları və ləvazimatları, habelə trenajorlar təqdim olunur. Sərgi ekspozisiyasının böyük hissəsini Azərbaycanda idmanın inkişaf etmiş populyar növləri ilə məşğul olan müxtəlif federasiyalar tutur. Belə ki, bu iştirakçıların siyahısına boks, futbol, taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı, stolüstü tennis, yelkənli qayıq idmanı, üzgüçülük və idmanın digər növləri ilə məşğul olan federasiyalar daxildir. Azərbaycanın Olimpiya və Paralimpiya komitələri də sərginin fəal iştirakçılarıdır. Azərbaycanda idman sənayesinin inkişafını əks etdirən sərgi idman komandaları, klublar və federasiyaların fəaliyyəti ilə bağlı geniş məlumat bazasını nümayiş etdirir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış oldular.

Bu il 20 illiyi qeyd edilən Milli Olimpiya Komitəsinin həyata keçirdiyi tədbirlərdən bəhs edən ekspozisiya ilə tanış olan dövlətimizin başçısına daha sonra Azərbaycan Taekvondo və Boks federasiyalarının fəaliyyəti barədə də məlumat verildi.

Azərbaycan Şahmat Federasiyasının ekspozisiyasında Prezident İlham Əliyevi Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov qarşıladı.

Azərbaycan şahmatının uğurlarının geniş əks olunduğu ekspozisiya ilə tanışlıq zamanı bildirildi ki, artıq milli şahmat federasiyasının yeni binasının layihəsi hazırdır.

Bu barədə dövlətimizin başçısına məlumat verən Kirsan İlümjinov daha sonra Prezident İlham Əliyev ilə şahmat oynadı.

Sərgidə federasiyalarla yanaşı, idman geyimləri istehsal edən şirkətlər də təmsil olunur. Ölkəmizin ilk idman brendi olan “Novco sport” hazırda idman geyimlərinin əsas istehsalçısı kimi komanda və klub rəhbərlərinə xarici ölkələrə getmədən öncə seçim və sifarişlərini Azərbaycanda etmək imkanı yaradır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da yarandığı vaxtdan ölkədə idmanın inkişafına dəstək verir. Bu ilin sentyabrında 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi bir daha Azərbaycan futbolunun inkişafına yaradılan əlverişli şəraitdən xəbər verir.

Ekspozisiya ilə tanışlıq zamanı Prezident İlham Əliyevə futbol üzrə Azərbaycan milli yığmasının geyimi təqdim olundu.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası da sərgidə iştirak edir. 2005-ci ildən fəaliyyət göstərən federasiyanın xətti ilə qısa vaxtda ölkəmizdə dağ idman növünün inkişafı genişlənmiş, 48 klub yaradılmışdır. 2013-cü ildə idman dırmanması üzrə dünya kubokunun sürətli mərhələ yarışı Bakıda keçiriləcəkdir.

Son illərin idman uğurları sırasında Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti də diqqəti cəlb edir. Hazırda 4 gimnastika növünü özündə birləşdirən federasiya son on ildə bir çox beynəlxalq yarışlar keçirmiş, Azərbaycan idmançıları yüksək nailiyyətlər qazanmışlar.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, idman, idman ləvazimatı və geyimi sərgisi ilə eyni meydançada gənclər təşkilatlarının IV Respublika sərgisi də keçirilir. Azərbaycanın 76 gənclər təşkilatının iştirak etdiyi sərginin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdiyi layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb edilməsi haqqında məlumat verməkdir.

Müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər təşkilatlarının əldə etdiyi uğurları yetərincə əks etdirən sərgidə Xaricdə Təhsil Alan və Məzun olan Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu (ASAİF) ilə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə üstünlük verən gənclər təşkilatlarının nailiyyətləri də nümayiş etdirilir.

Sərgidə 2011-ci ildə yaradılan Azərbaycan Gənclər Fondunun fəaliyyəti də diqqəti cəlb edir. Gənclər siyasəti sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyətli layihələrin dəstəklənməsinə xüsusi diqqət yetirən Fond gənclərin inkişafını təmin edən müxtəlif regional və beynəlxalq layihələrin hazırlanıb həyata keçirilməsinə dəstək verir. İndiyədək 240 qeyri-hökumət təşkilatı və 174 yaradıcı və istedadlı gəncin qeydiyyatdan keçdiyi Fond 135 layihəni dəstəkləmişdir.

Bu prosesdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da xüsusi rol oynayır. Bu proqram çərçivəsində həyata keçirilən layihələr bütün ölkəni əhatə edir. Onlardan biri də “Azərbaycan tələbə kartı” layihəsidir.

Layihə ilə bağlı məlumat verildikdən sonra ilk “Azərbaycan tələbə kartı” dövlətimizin başçısına təqdim olundu.

Bildirildi ki, ölkəmizdə indiyədək 17 Gənclər Mərkəzi istifadəyə verilmişdir. 2015-ci ildə onların sayının 38-ə çatdırılması planlaşdırılır.

Digər layihə vətənpərvərlik ruhunda - “Odlar yurdu” və “İşğal altında” milli kompyuter oyunlarının hazırlanması və ictimaiyyətə təqdim olunmasıdır. Bununla yanaşı, gənclər arasında vətənpərvərlik ruhunun yüksək səviyyədə saxlanması üçün müxtəlif telelayihələr də hazırlanıb efirə verilir.

Bu gün Azərbaycan gəncliyinin beynəlxalq fəaliyyəti də diqqəti cəlb edir. Bu sırada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) gördüyü işlər təqdirəlayiqdir. Rusiyada azərbaycanlı gənclərin birləşdiyi təşkilat funksiyasını yerinə yetirən RAGT-ın əsas fəaliyyət istiqamətlərindən biri də azərbaycanlı gənclərin Rusiyanın ictimai həyatındakı rolunu artırmaqdır. Bununla bağlı bir çox layihələrə imza atan RAGT-ın indi Rusiyanın müxtəlif bölgələrində yerli təşkilatlarının yaradılması istiqamətində işlər davam etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəaliyyəti ilə də tanış oldular.

Dövlətimizin başçısına Azərbaycan gənclərinin ictimai-siyasi fəallığının artırılmasında mühüm rol oynayan “İrəli” İctimai Birliyinin həyata keçirdiyi layihələr barədə də məlumat verildi.

Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzuladı.

Sərgilər işini noyabrın 30-da başa çatdıracaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH