Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda informasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilib

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” IV respublika konfransı keçirilib.

Tədbirdə ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söyləyib.

“İnformasiya cəmiyyətinin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsindən birbaşa asılıdır”, - deyən AMEA-nın prezidenti qeyd edib ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyinin milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrildiyini vurğulayan alim bildirib ki, bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizm, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirildiyini söyləyən A.Əlizadə ölkəmizin informasiya cəmiyyəti, onun mühüm istiqamətləri olan genişzolaqlı internet, eləcə də elektron dövlətin inkişaf tempinə görə dünyada layiqli mövqelərdən birini tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu inkişaf prosesləri ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının da aktuallığını artırır.

“Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir”, - deyən A.Əlizadə bu məqsədlə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun qəbul edildiyini, Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiyanın layihəsinin işlənib hazırlandığını və digər işlərin həyata keçirildiyini bildirib.

Alim qeyd edib ki, bununla yanaşı, xarici ölkələrdən texnoloji asılılığın aradan qaldırılması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi, İKT sənayesinin, o cümlədən proqram mühəndisliyi sənayesinin formalaşdırılması, informasiya təhlükəsizliyi üzrə gənc kadrların yetişdirilməsi vacib məsələlərdəndir.

A.Əlizadə AMEA-da informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması işlərinin həyata keçirildiyini, İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin dövlət maraqları baxımından böyük əhəmiyyət kəsb edən bir sıra aktual istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, dissertasiya işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyədə internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan “AzScienceNet” elm-kompüter şəbəkəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz informasiya təhlükəsizliyi ilə bağlıdır.

AMEA-nın rəhbəri ölkəmizin informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və inkişafı üçün bu kimi elmi-nəzəri konfransların və ictimai müzakirələrin keçirilməsinin vacib olduğunu söyləyərək, artıq ənənə halını almış bu konfransın gələcəkdə beynəlxalq səviyyəli elmi toplantıya çevrilməsinin zəruriliyini vurğulayıb.

Konfransda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru İqbal Babayev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söyləyiblər.

Daha sonra konfrans işini plenar iclasla davam etdirib. İclasda akademik Rasim Əliquliyev “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponenti kimi” mövzusunda məruzə ilə çıxış edərək, informasiya təhlükəsizliyinin təmini məsələlərinin hər bir dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biri kimi strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Alim informasiya və kommunikasiya sistemlərinə təhdidlər, elektron resursların qorunması və rəqəmsal irsin formalaşdırılması, internet mühitində uşaqların mühafizəsi ilə bağlı mövcud problemlərdən söz açıb.

R.Əliquliyev, həmçinin texnoloji sistemlərin kiberfiziki təhlükəsizliyi, milli proqram sənayesi və informasiya təhlükəsizliyi məsələlərindən bəhs edib, milli veb-resursların statistik-analitik mexanizmlərinin işlənilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, hazırda veb-resursların vəziyyəti haqqında statistik məlumatların xarici operatorlar tərəfindən toplanması və analiz olunması, milli veb-resursların statistik və analitik təminat mərkəzləri və servislərinin yaradılması zərurəti bu istiqamətlərdə elmi araşdırmaların aparılmasını, milli və beynəlxalq tələblərə cavab verən statistik mexanizmlərin işlənilməsinin əhəmiyyətini önə çəkir.

R.Əliquliyev milli antivirus, antispam və antiplagiat sistemlərinin konseptual əsasları barədə də məlumat verərək, informasiya təhlükəsizliyi və sosiohumanitar elmlərin qarşılıqlı əlaqəsindən danışıb. Qeyd edib ki, sosiohumanitar elmlər informasiya təhlükəsizliyinin qarşısında duran vəzifələrin həllində, eləcə də informasiya təhlükəsizliyi sosiohumanitar elmlərin problemlərinin həllində xüsusi rol oynaya bilər.

Alim, eləcə də informasiya təhlükəsizliyinin normativ hüquqi bazasının inkişafı ilə əlaqədar təkliflərini səsləndirib. Onun sözlərinə görə, bu məqsədlə pilotsuz uçuş aparatlarına dair, eyni zamanda, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla beynəlxalq öhdəliklərdən irəli gələn qanunlar qəbul edilməli, normativ hüquqi sənədlərin praktikada geniş tətbiqi üçün kompleks tədbirlər görülməli, informasiya hüquqi sahəsində kadr hazırlığı və elmi araşdırmalar həyata keçirilməlidir.

“Azərbaycan dilinin qorunması milli informasiya təhlükəsizliyi problemidir”, - deyə bildirən R.Əliquliyev e-milli dövlətin arxitektur əsaslarından danışıb. Bildirib ki, buraya milli terminologiya sistemi, milli orfoqrafiya-orfoepiya sistemi, transliterasiya sistemi, kompüter tərcüməsi sistemləri, milli lüğətlər, dialektoloji sistem, dil biliklərinin tədrisi və qiymətləndirilməsi sistemləri, milli adlar sistemi, linqvistik təhlükəsizlik sistemi, azsaylı xalqların dil resursları və sistemləri, işarə dili resursları və sistemləri, mətn mühəndisliyi və s. daxildir.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet elm kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. O, “AzScienceNet” şəbəkəsinin infrastrukturu, istifadə siyasəti, şəbəkənin Data Mərkəzinin texniki imkanları, şəbəkənin GEANT şəbəkə infrastrukturuna inteqrasiyası, Azərbaycan Təhsil Şəbəkəsi ilə əməkdaşlıq, informasiya təhlükəsizliyinin təmin olunması üçün görülmüş işlər, şəbəkədən istifadə zamanı yolverilməz əməllər, istifadəçilərə nəzarət və xəbərdarlıq, təhlükəsizlik hadisələrinin yaranma səbəbləri haqqında ətraflı məlumat verib.

R.Ələkbərov şəbəkədə informasiya təhlükəsizliyi siyasətinin məqsəd və vəzifələrindən söz açaraq bildirib ki, informasiya təhlükəsizliyinə təhdidlərin AMEA-nın şəbəkələrinə və informasiya resurslarına vura biləcəyi maddi və mənəvi ziyanın minimumlaşdırılması, AMEA-nın işgüzar nüfuzunun yüksəldilməsi, informasiya təhlükəsizliyi üçün vahid prinsiplərin formalaşdırılması, informasiya təhlükəsizliyi sisteminin yaradılması, fəaliyyəti və inkişafı üçün müvafiq təşkilati-metodiki bazanın formalaşdırılması əsas məqsəd və vəzifələrdəndir.

Məruzəçi, həmçinin “AzScienceCERT”, “AzScienceNet”in monitorinq və informasiya təhlükəsizliyi xidməti və bu xidmətin təşkili üçün istifadə olunan proqram təminatları və avadanlıq, Verilənlərin Emalı Mərkəzinin avadanlığın etibarlılığının artırılması, informasiya təhlükəsizliyi üzrə fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı görülən işləri nəzərə çatdırıb.

Daha sonra institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Elektron dövlətdə milli təhlükəsizliyə bəzi təhdidlərin aşkarlanması metodları haqqında” mövzusunda məruzə ilə çıxış edərək, elektron dövlət mühitində terrorizmi təbliğ edən mətnlərin filtrasiyasına dair yanaşma, təhdidlərin qiymətləndirilməsi üçün qeyri-səlis model, e-dövlət mühitində toplanmış məlumatlardan anomaliyaların aşkarlanması üçün metodun təklif olunduğunu bildirib. Həmin metod və modellər haqqında ətraflı məlumat verən alim qeyd edib ki, bu metodların digər məlum metodlarla müqayisəsi aparılıb, eksperimental nəticələr yeni yanaşma və metodların effektivliyini sübut edib.

Daha sonra konfrans işini “İnformasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri”, “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin praktiki problemləri” bölmələri üzrə davam etdirib.

İclaslarda “E-dövlət mühitində sosial münasibətlərin təhlükəsizliyi”, “Bulud əsaslı elektron dövlət xidmətlərinin səmərəliliyinin artırılması metodu”, “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması məsələləri”, “İnformasiya iqtisadiyyatının kibertəhlükəsizliyinin təminatı istiqamətləri və texnologiyaları”, “Elektron milli dövlət: Azərbaycan dilinin qorunması və inkişafı üçün imkan və perspektivlər”, “Plagiatlıqla mübarizə informasiya təhlükəsizliyinin mühüm istiqaməti kimi”, “Elektron dövlət mühitində fərdi məlumatların mühafizəsi problemləri”, “Proqram təminatının təhlükəsizliyinin təmin olunmasının bəzi üsulları haqqında”, “Proqram təminatının testləşdirilməsi üçün sınaq texnologiyalarının təhlili”, “Verilənlərin sanitarizasiyası - informasiya təhlükəsizliyinin təmini kimi”, “Kompüter şəbəkələrində zərərli proqramların analizi üsulları” və s. mövzularda məruzələr dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanja ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsinin proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür