Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

Bakı, 12 mart (AZƏRTAC). Martın 12-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul təklif olunurdu.

Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə alırdılar. Fikirlərini öyrəndiyimiz alıcılar bildirmişlər ki, artıq bazara getməyə ehtiyac qalmayıb, çünki burada həm qiymətlər 20-25 faiz ucuz, həm də məhsullar təzədir.

Yarmarka ərazisində alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdir.

Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada satışa Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 87 ton meyvə-tərəvəz, ət, balıq çıxarılmışdı. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz təklif olunurdu.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 14 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu gətirilmişdi.

Novruz bayramı ərəfəsində yarmarkaya gələnlərin sayı xeyli artmışdır. Qəbələdən qoz-fındıq gətirmiş Kənan Həsənov artıq 150 kiloqramdan çox məhsul satdığını bildirdi. O, məhsulun kiloqramını 3 manata təklif edirdi.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri qiymətə və keyfiyyətə nəzarət edirdilər. Yarmarkada təklif olunan məhsulların qiyməti bazardakından 25-30 faiz ucuz idi.

Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qax, Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 155 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılırdı.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, bildirmişdir ki, məhsulların qiymətlərinə ciddi nəzarət olunur. Belə ki, qoyun ətinin kiloqramı 5 manata, mal əti 4 manat 50 qəpiyə, quş əti 2 manat 70 qəpik - 3 manat 10 qəpiyə, yumurtanın biri 11-12 qəpiyə, alma 40 qəpik - 2 manata, kartof-60-80, soğan və kələm 80 qəpiyə, narıngi 1 manat 20 - 1 manat 60 qəpiyə təklif edilir.

Şəhər sakinləri malların keyfiyyətindən və qiymətindən razıdırlar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində satışa Samux, Daşkəsən, Quba, Biləsuvar və Cəlilabad rayonlarından gətirilmiş 41,8 ton məhsul çıxarılmışdır. Bazarlarla müqayisədə bütün məhsullar 25-30 faiz ucuz təklif olunur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.

Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Bərdə, Siyəzən, Ağstafa, Goranboy rayonlarının fermerləri 25 tondan çox meyvə-tərəvəz, bostan məhsulları gətirmişdilər. Onlar məhsulları bazardakından 20-30 faiz ucuz qiymətlərə satırdılar.

Şəhər sakinləri kələmi, kartofu, narı, kökü, almanı və digər kənd təsərrüfatı məhsullarını həvəslə alırdılar.

Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminovun verdiyi məlumata görə, satışa Xaçmaz, Tərtər, Daşkəsən, İmişli, Oğuz və Beyləqan rayonlarından gətirilmiş 38 ton keyfiyyətli məhsul, Giləzi broyler fabrikindən isə 10 min ədəd yumurta çıxarılmışdır. Həmişəkindən fərqli olaraq qoz, fındıq, quru meyvələr, ədviyyat daha çox alınır.

Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? – ARAŞDIRMA

Rassel Krou Nürnberq prosesi ilə bağlı filmdə Herman Görinq rolunu oynayacaq

Qocalmanı yavaşladan dərman tapılıb - ARAŞDIRMA

Böyük Britaniya vətəndaşlarını İsraildən çıxarır

Papa Leo: Şəxsi həyat istənilən alqoritmdən daha üstündür

Diabet dərmanı miqrenə qarşı ümidverici nəticələr göstərib - ARAŞDIRMA

Ciorcia Meloni müxtəlif ölkələrin liderləri ilə Yaxın Şərqdəki böhranla bağlı müzakirələr aparıb

KDÇ: "Yuventus" və "Real Madrid"dən qələbə

Qulaq kirinin qoxusu ilə Parkinson xəstəliyini aşkarlayan süni intellekt proqramı hazırlanıb

Türkiyə XİN: Dəməşqdə törədilən terror aktı Suriyada sabitlik və təhlükəsizliyi hədəfə alır

Suriyada kilsədə baş verən partlayışda 20 nəfər ölüb - YENİLƏNİB

Azərbaycan badmintonçuları Serbiyada qızıl və bürünc medal qazanıblar

NATO-ya üzv ölkələr ÜDM-in 5 faizinin müdafiə xərcləri üçün ayrılması barədə razılığa gəlib

Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Burak Yılmaz Superliqa klubundan ayrılıb

Türkiyənin vitse-prezidenti: Regionun münaqişələrin artmasına deyil, diplomatiyaya ehtiyacı var

Qubada minik avtomobilləri toqquşub, ölənlər var

Qərbi Azərbaycan İcması birmənalı dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib

Türkiyənin hakim partiyası regionda gərginliyi azaltmaq üçün dialoqa çağırıb

İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında yekununda Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul olunub

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

İrandan təxliyə olunan Belçikanın səfiri: Azərbaycanın göstərdiyi qonaqpərvərlik və yardımsevərlik təqdirəlayiqdir VİDEO

İrandan təxliyə olunan Belçikanın səfiri: Azərbaycanın göstərdiyi qonaqpərvərlik və yardımsevərlik təqdirəlayiqdir VİDEO

Avropa Günü münasibətilə “EuroVillage 2025” tədbiri keçirilib VİDEO

Avropa Günü münasibətilə “EuroVillage 2025” tədbiri keçirilib VİDEO

Azərbaycan Almaniyanın Münster şəhərində keçirilən Beynəlxalq Yay Festivalında təmsil olunub

Qazaxıstanın Xarici İşlər Nazirliyi Qəzza sakinlərinin ölkəyə köçürülməsi ilə bağlı məlumatı təkzib edib

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xarici vətəndaşların təxliyəsi davam etdirilir VİDEO

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xarici vətəndaşların təxliyəsi davam etdirilir VİDEO

Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb

Azərbaycan ilə Banqladeş arasında əlaqələrin daha da dərinləşdirilməsi müzakirə olunub

Papa Leo: Müharibəni dayandırın

"Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib

Çin ABŞ-ın İranın nüvə obyektinə hücumunu kəskin şəkildə qınayıb

"Hürr" kitabının təqdimatı keçirilib

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb

İslam Ələsgərin 100 illiyi qeyd olunub

İstanbulda Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər müzakirə edilib

Astana yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb: Ekipajın iki üzvü həlak olub

Türkiyə XİN: Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır

Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb

Abbas Əraqçi: BMT üzvü olaraq İranın öz haqqını qorumaq hüququ var

NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyaya qəbul imtahanı keçirilib

Dövlət qulluğuna qəbul olmaq istəyənlər test imtahanı verirlər

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul, həmçinin fəlsəfə doktoru imtahanları keçirilib

Şirvanda yük qatarlarının hərəkəti bərpa olunub

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyəti müzakirə edib

AEBA: İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsində artım yoxdur

Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

İsveçdə onilliklər ərzində civə və minlərlə mərmi yığılmış göl təmizlənəcək

"Qarabağ"dan ayrılan futbolçu "Araz-Naxçıvan"a keçib

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Ramanada sursat aşkar edilib VİDEO

Ramanada sursat aşkar edilib VİDEO

“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib

AEBA Rəhbərlər Şurası İranla bağlı iclas keçirəcək

"Araz-Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Fərhad Hacıyev: “Üfüq” müsabiqəsi kənd təsərrüfatında ixtisaslaşmış kadrların üzə çıxarılmasına xidmət edir

FHN: Qarabağ suvarma kanalında batan şəxsin meyiti tapılıb

Nazir: “Üfüq” proqramı kənd təsərrüfatında insan resurslarının inkişafına xidmət edir

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib VİDEO

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib VİDEO

Klublararası dünya çempionatında daha iki oyun keçirilib

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

® Mərkəzi Gömrük Hospitalında “Etik davranış mədəniyyəti və stres idarəetməsi” mövzusunda maarifləndirici təlim keçirilib

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

ABŞ İranın üç nüvə obyektini vurub

Ahıllar evinin sakinləri Bakıda keçiriləcək “Gimnastika hamı üçün” beynəlxalq turnirinə hazırlaşırlar

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

İsveç istehsal etdiyi günəş enerjisinə vergi tətbiq edən yeganə Aİ ölkəsidir

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

“Bakı Piano Festivalı 2025” çərçivəsində “Shahin Novrasli Quartet”inin konserti keçirilib

İsveçrə Suriyanın Mərkəzi Bankına tətbiq olunan sanksiyaları ləğv edib

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək

Dinc məqsədli nüvə elektrik stansiyasının inşası üçün Burkina-Faso - Rusiya sazişi imzalanıb

Niger Fransa şirkətinə məxsus uran mədənini milliləşdirir

Türkiyədə meşə yanğını olub, bir məhəllə boşaldılıb

Samuxda ərik festivalı təşkil olunub

UFC-nin prezidenti: Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

İran Almaniya vətəndaşının ötən il həbs olunmasını ilk dəfə rəsmi şəkildə təsdiqləyib

Rafael Fiziyev: Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir

UFC: Rafael Fiziyev çilili idmançıya qalib gəlib

Klublararası dünya çempionatı: “Borussiya” və “İnter” qələbə qazanıblar

UFC: ABŞ-dan olan idmançı Bakıda qalib olub

UFC: Tofiq Musayev qırğızıstanlı rəqibinə məğlub olub

Nazim Sadıxov: Ölkəmdə məni məğlub etmək çox çətindir

UFC: Nazim Sadıxov rəqibinə nokautla qalib gəlib

UFC: Məhəmməd Nayimov Bakıda rəqibini məğlub edib

Azərbaycanın XİN başçısı İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının fövqəladə iclasında çıxış edib

Cənubi Koreyadan olan daha bir idmançı UFC-də qələbə əldə edib

UFC: Cənubi Koreyadan olan idmançı qələbəyə sevinib

Rusiyalı UFC döyüşçüsü: Həbib həmişə mənə deyir ki, çəkinmə, həmişə irəli atıl

Rusiyalı idmançı Bakıdakı UFC turnirində qələbə qazanıb

Bakıdakı UFC turnirində üçüncü döyüş baş tutub

Bakıdakı UFC turnirində ikinci döyüş keçirilib

Bir neçə müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda UFC döyüş gecəsinə start verilib

Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb

Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpası və inkişafı məsələləri müzakirə edilib

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycan millisi ikinci oyunda da Moldova yığmasına qalib gəlib