BAKIDA “OLİMPİYA QAÇIŞ GÜNÜ” KEÇİRİLƏCƏKDİR
İyunun 23-də dünyanın əksər şəhərlərində olduğu kimi, Bakıda da Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında “Olimpiya qaçış günü” keçiriləcəkdir. Ayrı-ayrı məsafələrdə fərqlənənlərə “Koka-kola” şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan nümayəndəliyinin qiymətli hədiyyələri və Beynəlxalq Olimpiya Komitəsinin diplomları təqdim olunacaqdır.
“Qaçış günü” iştirakçılarının toplanışı Azadlıq meydanında olacaqdır. Qaçışın startı saat 8.00-da veriləcəkdir.
“Qaçış günü”ndə iştirak etmək istəyən kollektivlərin nümayəndələri iyunun21-də saat 12.00-da Milli Olimpiya Komitəsinə müraciət edə bilərlər. Nümayəndələr iştirakçıların siyahısını təqdim etməlidirlər.
Ünvan: Bakı şəhəri, Olimpiya küçəsi, 5
Tel: 90-13-23 (212) ; faks: 90-42-25
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:13]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [17:20]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]