Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı, 19 may, Rauf Hacıyev, AZƏRTAC

Mayın 19-da Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri Kamal Abdullayev, G20 Dinlərarası Assosiasiyasının vitse-prezidenti, Dünya Dinlərinin Dialoq İnkişafının İcraçı direktoru, Corctaun Universiteti Berkli Mərkəzinin Din, Sülh və Dünya İşləri üzrə baş əməkdaşı Ketrin Marşal, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə beynəlxalq konfransın konsepsiyası və məqsədləri haqqında məlumat verilib.

Bildirilib ki, son bir neçə ildə G20 Dinlərarası Forum Assosiasiyası (IF20) ardıcıl olaraq G20 Zirvə görüşləri (Avstraliya, Türkiyə, Çin, Almaniya, Argentina, Səudiyyə Ərəbistanı, İtaliya, bu il isə İndoneziya) və G20 Dinlərarası forumlar təşkil edib. IF20 ümumilikdə G20 prosesinə daxil edilə bilən, eyni zamanda, fəaliyyət üçün əlavə siyasət anlayışı və tərəqqini təmin edəcək bir sıra maraqlı dini tərəfləri bir araya gətirə biləcək konkret tövsiyələri toplamaq üçün regional bazada hazırlıq iclasları keçirilib.

Qeyd olunub ki, bu il İndoneziya ev sahibi olduğuna görə müsəlman dünyasına aid məlumatlar xüsusi əhəmiyyət kəsb edəcək. Builki tədbirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin multikultural təcrübəsindən və əlaqələrindən, həmçinin Qafqaz müsəlmanları İdarəsi ilə mühüm tərəfdaşlıq imkanlarından istifadə edərək, Azərbaycanın yerləşdiyi region və G20 ölkələri ilə sıx əlaqələrə malik Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrdən ekspertlər dəvət ediləcək.

Panellərdə əsasən sülh quruculuğu, sülhməramlılıq və sabitlik sahələrində dinin rolu, tolerantlıq və multikulturalizm: regional və dini perspektivlər, COVID-lə mübarizədə dinin rolu üzrə regional perspektivlər mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dünyada sülhün və sabitliyin qorunmasında, inkişafında dinin və din xadimlərinin roluna əsaslanan mötəbər tədbirin multikultural dəyərlər ölkəsi Azərbaycanda keçirilməsini yüksək dəyərləndirib və forumun işinə uğurlar arzulayıb.

Bildirilib ki, müqəddəs kitabımız “Qurani-Kərim”də müxtəlifliyimizin bir-birimizi daha yaxşı tanımağımıza, yaxın olmağımıza xidmət etdiyi buyurulur. Qlobal problemlərin həlli üçün bəşəriyyətin dini-mənəvi dəyərlərə söykənməsi zəruridir. Sülh şəraitində dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, insan qardaşlığı Allahın buyruğudur. Lakin təəssüf ki, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Ksenofobiya təzahürləri və nifrət çağırışları cəmiyyətlərin, dövlətlərin daxili sabitliyini pozur, böhran, qarşıdurma və nifaq yaradır. Müasir dövrümüzdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək soyqırımı cinayətlərinə gətirib çıxarmaqdadır. Dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada “Qurani-Kərim”in yandırılması cəhdləridir ki, bu hərəkət hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, nifrətə sövq edən, böhranların yaranmasında və münaqişələrin alovlanmasında dindən istifadə edən ekstremizmi, habelə antisemitizm, islamofobiya və xristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını, hər hansı bir dinin ardıcıllarına qarşı zorakılıq və terror aktlarını qətiyyətlə pisləndiyini deyib.

Qeyd edilib ki, hazırda təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir. Odur ki, dini icmaların müqəddəs saydıqları məqamlara qarşı hər hansı həqarətli hərəkətlər sanksiyaya məruz qalmalı, dindən sui-istifadə edən ekstremizmi rədd edən dəyərlər fəal şəkildə inkişaf etdirilməlidir.

Azərbaycan xalqının və dövlətinin dünyada insan cəmiyyətləri arasında həmrəylik və qardaşlıq bağlarının möhkəmləndirilməsi yönündə bütün səmimi təşəbbüsləri dəstəklədiyini deyən Allahşükür Paşazadə bildirib ki, tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirilən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” məhz bu məramlara - dünyada insan həmrəyliyinə xidmət edir. Dini liderlərin I və II Ümumdünya sammitlərinə, mədəniyyətlərarası dialoqa dair mötəbər forumlara ev sahibliyi etmiş Azərbaycanda Böyük İyirmilik platformasında Dinlərarası Forum toplantısının keçirilməsi ölkəmizin multikultural təcrübəsinə verilən ali dəyərin təzahürüdür.

Vurğulanıb ki, Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” təbirinin müəllifi - ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev multikulturalizmi “Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti” kimi dəyərləndirərək, onu dövlət siyasəti səviyyəsində bərqərar edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində unikal fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir.

Qeyd edilib ki, 2020-ci ildə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun rəşadəti sayəsində 30 ilə yaxın davam edən işğala son qoyub, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib. Bu Zəfərin qazanılmasında Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsi, xalq-dövlət birliyi, multikultural həmrəyliyimiz həlledici əhəmiyyət kəsb edib. İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edən, müsəlman, yəhudi, xristian olmasından asılı olmayaraq, hər bir qəhrəman azərbaycanlı rəşadətlə döyüşüb, bəziləri qazi olub, yaxud şəhadətə yüksəliblər.

Azərbaycandakı dini konfessiya rəhbərləri 44 günlük müharibə dövründə, hər zamankı kimi, yenə də bir yerdə olub, dünyaya xalqımızın haqq səsini çatdırıblar.

Beləliklə, multikultural ruhlu vətənpərvərliyin bəhrəsi ümummilli Zəfərimiz olub.

Vurğulanıb ki, Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın və multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu danılmazdır. Bu gün dövlətimiz işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini, mənəvi abidələrimizi bərpa edir, bölgədə sülh və rifah yönündə iqtisadi layihələrlə çıxış edir. Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meyilləri vardır.

Çıxışının sonunda QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edib, multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf etdirilməli olan, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri Kamal Abdullayev bildirib ki, bu gün Azərbaycan mültikulturalizminin təntənəsini təmin edən başlıca səbəb xalqımızın, xüsusən onun qabaqcıl nümayəndələrinin - alimlərinin, ədiblərinin və sənətkarlarının əsrlər boyu bu ideyalarla yaşaması, onu xalq arasında yaradıcılıqları vasitəsilə təbliğ etməsi ilə bağlıdır. Azərbaycan multikulturalizmi cəmiyyətin tərbiyəedici xüsusiyyətini saxlayaraq, hətta ateizmin dövlət səviyyəsində təbliğ olunduğu bir dövrdə, yəni, sovet hakimiyyəti illərində də öz funksiyasını qoruyub saxlamışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra isə xalqımızın multikultural və tolerantlıq xüsusiyyətləri ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildi və bu dəyərlərə dövlət səviyyəsində əhəmiyyət verildi.

Sonrakı illərdə isə Prezident İlham Əliyev multikulturalizm və tolerantlığı Azərbaycan siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Beləliklə, Azərbaycanda yaradılmış bu hərəkat ümumdünya multikultural hərəkatının bir hissəsinə çevrildi və dövlətimizin, xalqımızın nüfuzunun yüksəlməsinə xidmət etdi. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində “Azərbaycan multikulturalizmi” adlı fənn tədris olunmağa başlandı. Əslində, bu fənnin tədrisi ilə həmin ölkələr həm də Azərbaycanın qədim tarixini, onun zəngin ədəbiyyatını və mədəniyyətini, xalqımızın adət-ənənələrini, özünəməxsus müsbət xüsusiyyətlərini öyrənməyə başladılar.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizmin inkişafı istiqamətindən böyük tədbirlərin həyata keçirildiyini vurğulayan Kamal Abdullayev bildirib ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilib, 2014-cü il 15 may tarixli Sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilib.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan multikulturalizminin təbliği məqsədilə təsis edilən Mərkəz qarşıya qoyulmuş məqsədlərə doğru irəliləyib və qısa müddətdə xalqımızın bu dəyərlərini bütün dünyada təbliğ etməyə nail olub.

Bugünkü Azərbaycan özünün multikultural potensialından faydalanaraq müxtəlif xalqların və dinlərin bir-birinə yaxınlaşmasını, sülh və sabitliyə töhfəni özünün məqsədi bilir, bu istiqamətdə fəaliyyəti ilə bəşəriyyətin inkişafına töhfə verməyə çalışır.

Tədbirdə çıxış edən G20 Dinlərarası Assosiasiyasının vitse-prezidenti, Dünya Dinlərinin Dialoq İnkişafının İcraçı direktoru, Corctaun Universiteti Berkli Mərkəzinin Din, Sülh və Dünya İşləri üzrə baş əməkdaşı Ketrin Marşal çıxışında bildirib ki, Azərbaycanda belə bir tədbirin keçirilməsi həm ölkə, həm də region üçün mühüm amildir.

“Biz Mərkəzimiz vasitəsilə Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə fəal əməkdaşlıq qurmuşuq və bu istiqamətdə tərəqqini görürük”, - deyə Ketrin Marşal qeyd edib.

Bildirilib ki, beynəlxalq proses bu istiqamətdə uzun illərdir həyata keçirilir. Lakin 2008-ci il ümumdünya maliyyə böhranından sonra bu proses daha da sürətlənib və Böyük İyirmilik dünyanın nəhəng iqtisadiyyatları ilə Avropa İttifaqını bir araya gətirib. Burada əsas məqsəd böhran məsələlərini həll etməkdir. Həmçinin Böyük İyirmiliyin üzvü olan hər bir ölkə BMT-nin Davamlı İnkişaf Gündəliyini icra etməkdədir. Beləliklə, bir çox qruplarda biznes, əmək hüquqları, qadın haqları, şəhərsalma, o cümlədən dini məsələlər həmin ölkələr tərəfindən müzakirə edilir. Aydın görünür ki, dini məsələlərin müzakirəsi ildən-ilə daha çox əhəmiyyət kəsb edir. Belə ki, məhz bu platforma vasitəsilə bir çox ölkələr daxili, yaxud regional dini məsələləri müzakirəyə çıxarır və onun həllinə nail olmağa çalışırlar. Bu müzakirələrin iki əsas məqsədi var: Birincisi əsaslı tövsiyələrin hazırlanmasına nail olmaqdır. İkincisi isə dini mesajların yayılması üçün bu platformanın imkanlarından istifadə etməkdir.

Çıxışının sonunda forumun işinə uğurlar arzulayan Ketrin Marşal bu il də vacib müzakirələrin aparılacağına və tövsiyələrin hazırlanacağına ümidvar olduğunu deyib.

Konfransda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, qlobal miqyasda multikultural perspektivlərin müzakirəsi və keçirilməsi İndoneziyada nəzərdə tutulmuş G20 Dinlərarası Forumu Regional İclasının hazırlıq konfransı indi Azərbaycanda təşkil olunub və ölkəmiz belə bir mötəbər tədbirə ev sahibliyi edir.

“Biz istərdik ki, İndoneziya Forumundan əvvəl ölkəmizdə bu tədbirdə iştirak edən qonaqlar multikulturalizm inancını mənimsəsinlər. Onlar görsünlər ki, Azərbaycanda bütün dini inanclar hörmətlə qarşılanır. Yalnız bu gün deyil, bütün tarix boyu Azərbaycanda müxtəlif millətlərin nümayəndələri etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq, dinc şəraitdə yanaşı yaşayıblar. Belə bir mühit Azərbaycan xalqının multikultural, tolerant ənənələrini, ümumi inkişafını şərtləndirib. Ən əsası odur ki, Azərbaycan xalqı əsrlərlə formalşdırdığı bu dəyərləri inkişaf etdirmiş və bu gün də qoruyub saxlaya bilmişdir. Bu gün multikulturalizm nəinki Azərbaycanda dövlət siyasətidir, eyni zamanda, dövlətimiz tərəfindən beynəlxalq miqyasda dinlərarası münasibətə müsbət təsirini göstərən məsələdir”, - deyə Rəvan Həsənov qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Bakı Prosesi” təsis olunduqdan sonra ölkəmiz Bakı Beynəlxalq Humanitar Forum, Dinlərarası Beynəlxalq Forum, Dünya Dini Liderlərinin Bakı Sammiti kimi tədbirlərə ev sahibliyi edib. Bütün bunlar göstərir ki, həqiqətən də Azərbaycan dünyada dinlərarası dialoqa, sülh və inkişafa töhfə verməyə çalışır.

Hazırda dünyada baş verən bir çox münaqişələrin din və milli mənsubiyyətə əsaslandığını vurğulayan icraçı direktor bildirib ki, Azərbaycan isə tarixən və bu gün də mürəkkəb geosiyasi məkanda yerləşib. Ona görə də bu cür dialoq paltformalarının yaradılması həm regionun, həm də bəşəriyyətin inkişafı üçün çox vacibdir. Konfrans həm də yeni layihələrin yaradılması və müştərək məqsədlərin istifadəsi üçün güclü təkandır.

Sonra beynəlxalq konfrans işini panel iclasları ilə davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib