Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 20 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya (İİTKM) Mərkəzi Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd problemli kreditlərin həlli üzrə institusional mexanizmin yaradılmasına dair Koreya hökumətinin təcrübəsi, eləcə də “Fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək” üçün Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmanın icrasına dair Azərbaycan təcrübəsi barədə təqdimatların keçirilməsi və müvafiq müzakirələrin aparılması olub.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı problemli kreditlərin həlli üzrə beynəlxalq təcrübəni və Azərbaycan modelini müqayisə edərək bildirib ki, Koreya Aktivlərin İdarəedilməsi Fondu (KAMCO) tərəfindən 1997-ci il Asiya maliyyə böhranının neqativ nəticələrini (böyük korporasiyaların müflisləşməsi, Koreya vonunun məzənnəsinin dəyərdən düşməsi, böyük həcmdə problemli kreditlərin yaranması) həll etmək məqsədilə Problemli Kreditlərin İdarəedilməsi Fondu yaradılıb. Problemli kreditlərin həlli strategiyası çərçivəsində müxtəlif maliyyə metodlarından - girov, beynəlxalq hərrac, aktiv-zəmanətli qiymətli kağızlar, birləşmə, satınalma və birgə müəssisə yaradılması üsullarından istifadə edilib. Avropada problemli kreditlərin həlli üzrə strategiya aşağıdakı istiqamətlərdə aparılır: bankların daxili tədbirlərini gücləndirmək, toksik aktivlər üçün bazarı inkişaf etdirmək, məlumat asimmetriyasının qarşısını almaq və aktivlərin idarə edilməsinə cavabdeh qurum yaratmaq, toksik aktivləri üçüncü tərəfə transfer etmək (birbaşa investorlar, aktivlərin idarə edilməsinə cavabdeh qurum və sair) və nəzarət orqanını gücləndirmək. 2001-ci il böhranından sonra Türkiyənin problemli kreditləri 18 milyard dollar təşkil edirdi. Mövcud olan 50 bankdan 19-nun problemli kreditləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən restrukturizasiya edilib. 2002-ci ildə Sinqapur banklara iflas elan etmədən könüllü olaraq problemli kreditlərin həlli prosedurlarını seçməyi təklif edib. İflasöncəsi məsləhət və vasitəçilik xidmətləri təklif olundu. Sinqapurda, eyni zamanda, “Borcların geri ödənilməsi sxemi” də tərtib olundu. 2002-ci ildə İndoneziyada mövcud banklardan 70-i bağlanıb, 13-ü dövlət himayəsinə götürülüb.

“Postsovet məkanında problemli kreditlərin həlli istiqamətində maraqlı təcrübə var. 2015-ci ildən ipoteka kreditləri üzrə problemli kreditlər üçün 130 milyard təngə ayrılıb. Borcalanların 4 kateqoriyası borc ipotekası yükündən tamamilə xilas olmaq şansını əldə edə bilər. Qazaxıstanda kollektorlara borcun 50 faizi verilməklə qalan 50 faizini banklara geri ödənilməsi nəzərdə tutulub. Yalnız istisna qruplar (əlillər, çox uşaqlı ailələr və ağır xəstələr) xaric digər borclulardan bu şəkildə borcların ödənməsi planlaşdırılırdı. Bundan başqa, cari ilin fevralında isə Qazaxıstan hökuməti “Problemli Kreditlər Fondu” ASC-nin bütün səhmlərini Mərkəzi Bankdan satın alıb. Bu fond kredit ödəmək qabiliyyəti olmayan ailələrin borclarını kompensasiya etməli idi. Lakin fondun öz maliyyə aktivləri hər il azalma tempini nümayiş etdirir. Gürcüstanda problemli kreditlərin silinməsi məqsədilə 2018-ci il dekabrın 10-dan bu il yanvarın 15-dək sosial layihə həyata keçirildi və 609,5 min əhalinin (1 302 750 kredit sayı) 4 milyard laridən (1,5 milyard dollar) çox borcu ödənildi. “Qara siyahı”da qeydə alınmış borcların 95 faizi əsas məbləği 2000 laridən (təxminən 750 ABŞ dolları) çox olmayan kreditlərdən ibarətdir. Borclar aksiyanın başlamasından minimum 1 il əvvəl açılmış kreditlər üzrə, həmçinin faiz və cərimələri 2000 laridən (751 dollar) çox olmayan şəxslərə ödənildi. 2014-cu ildə baş vermiş devalvasiya nəticəsində (rubl dollara nəzərən 72 faiz, avroya nəzərən 52 faiz ucuzlaşıb) Rusiya banklarının zəmanəti olmayan problemli kreditləri 2015-ci ilin təkcə yanvar ayında 44,4 faiz artıb və ilin sonu 1,3 trilyon rubla çatıb. Bu rəqəm 2017-ci ildə 5 trilyon rubl, 2018-ci ildə 11 trilyon rubl təşkil edib (bütün kredit portfelinin 85 faizini təşkil edir). 2018-ci ildə Problemli Kreditlər Fondunun aktivləri isə cəmi 2,1 trilyon rubl olub ki, bu da problemli kreditlərin yalnız 19 faizini təşkil edib. 2016-cı ildən “Problemli kreditlərin silinməsi haqqında” Qanun layihəsi hazırlansa da yalnız 2019-cu ildə qüvvəyə minməsi planlaşdırılır. Yeni Qanun bütün problemli kreditləri deyil yalnız xüsusi imtiyazlı əhalinin (ailəni maddi olaraq təmin edən şəxsin itkisi, işsizlik və ağır xəstəlik) borclarını ödəməyi nəzərdə tutur. Göründüyü kimi, Azərbaycanda problemli kreditlərin həllinin beynəlxalq təcrübədən fərqli olaraq aşağıdakı xüsusiyyətləri var: problemin həlli daha qısa bir müddətdə oldu; problemli krediti olan fiziki şəxslərin 90 faizindən artığı qərarın əhatə dairəsinə düşdü. Bu, Azərbaycan modelinin güclü sosial xarakterini göstərir; problemli kreditlərin həllini bütünlüklə dövlət öz üzərinə götürdü. Beləliklə, banklar və əhali yükdən azad oldu; problemli kreditlərin həllindən sonra bank sektoru tamamilə yeni mərhələyə çıxdı”, - deyə o bildirib.

V.Qasımlı, həmçinin əlavə edib ki, gələcəkdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Koreya İnkişaf İnstitutu arasında hər iki ölkənin iqtisadi inkişaf modelləri üzrə təcrübə mübadiləsi nəzərdə tutulur.

Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op Azərbaycanda xüsusilə son dövrlərdə aparılan sosial-iqtisadi islahatlar, xarici investorlar və iş adamları üçün yaradılan səmərəli şəraitdən məmnunluğunu ifadə edib. Deyib ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilir, beynəlxalq layihələr vasitəsilə etibarlı enerji tərəfdaşı kimi imicini gücləndirir. O əlavə edib ki, Koreya problemli kreditlərin həlli sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan dövləti ilə təcrübə mübadiləsi bu istiqamətdə yeni imkanların əldə olunması ilə nəticələnəcək.

Konfrans zamanı Koreyanın Depozitlərinin Sığortalanması Korporasiyasının keçmiş prezidenti Kim Co Hyun da Koreya təcrübəsi ilə bağlı ətraflı məlumatlar təqdim edib. Tədbir Beynəlxalq Biznes Qrupunun rəhbəri Sun Cun Çoyun “Problemli kreditlərin həlli üzrə institusional mexanizmə dair Koreya təcrübəsi”, Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılovun “Problemli kreditlərin həlli üzrə Azərbaycan modeli” və İİTKM-in Strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərovanın “Problemli kreditlərin həlli üzrə dünya təcrübəsi” mövzularında hazırlanan təqdimatların nümayişi ilə davam edib. Konfransda dövlət qurumlarının nümayəndələri, tədqiqat institutlarının, 10-dan çox bank və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.

Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda konfrans keçirilib  YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO