Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Qadınlar Dayanıqlı İnkişafa Doğru” mövzusunda tədbir keçirilib

Bakı, 7 mart, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar Dayanıqlı İnkişafa Doğru” mövzusunda tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə əklil qoyulub.

Azərbaycanın dövlət himni səsləndirilməsi ilə başlayan tədbirdə “2018-ci ilin yekunları: Dövlət qadın siyasəti” adlı film nümayiş olunub.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısı İlham Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxuyub.

Sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə verilmiş dövlət təltifləri təqdim olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasına uyğun olaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Artıq ölkəmiz nəinki regionun, dünyanın lider dövlətləri sırasındadır. Azərbaycan son 15 il ərzində sürətlə inkişaf edib. Həyata keçirilən sosial layihələr, bir sıra sosial obyektlərin, texnoparkların açılışı buna əyani sübutdur.

Qeyd olunub ki, qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas məqsədlərindən biridir. Qadın və qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, yüksək vəzifələr tutur, sahibkarlıq sahəsində geniş təmsil olunurlar. Səhiyyədə, təhsildə, elmdə, orduda, idmanda, məhkəmə, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarında çalışırlar. Bu, Azərbaycan hökuməti və Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət qadın siyasətinin məntiqi nəticəsidir.

Komitə sədri vurğulayıb ki, insanın inkişafı bütövlükdə, qadın və kişilərin bərabər hüquqları, vəzifələri və imkanları deməkdir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) hədəflər müəyyən edilib. Gender bərabərliyi ayrıca bir məqsəd kimi göstərilsə də digər məqsədlərdə də gender komponenti var. Yoxsulluğun azaldılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli və keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik və ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır. Çox sevindirici haldır ki, BMT-nin MAPS Missiyasının qiymətləndirməsinə əsasən, ölkəmizin Gender üzrə DİM-lərlə uyğunluq göstəricisi 100 faizdir. Gender bərabərliyinin təmin edilməsi və bərabər imkanlardan danışarkən, mütləq parlamentin fəaliyyətini qeyd etməliyik. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bu sənədlər ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malikdir. Qanunların qəbul edilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çox böyük rolu var. Onun Birinci vitse-prezident kimi ilk layihəsi qaçqın və məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması olub.

Kənd yerlərində qadın məşğulluğunun artırılması istiqamətində əldə olunan müsbət nəticələrdən söz açan Hicran Hüseynova deyib ki, ölkənin 8 regionunda yaradılan Qadın Resurs Mərkəzləri qadınların iştirakçılığının artırılması üçün sistemli şəkildə iş aparır. Bunun nəticəsidir ki, artıq kənd yerlərində məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir. Aparılan iqtisadi islahatlar və bu istiqamətdə qəbul olunan dövlət proqramları, sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafına gətirib çıxarır. Belə ki, əgər 2012-ci ildə sahibkar qadınların xüsusi çəkisi 17 faiz idisə, 2019-cu ilin əvvəlində bu göstərici 30 faizdən çoxdur.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov 8 Mart - Beynəlxalq Qadınlar Gününün ölkəmizdə qeyd edilən ən gözəl bayramlardan biri olduğunu deyib. Bildirilib ki, bu bayram cəmiyyətimizdə qadınların rolu və yeri haqqında düzgün təsəvvürün yaranmasından xəbər verir və dünya miqyasında qadınların həmrəyliyinin yaranması, möhkəmləndirilməsi məqsədi daşıyır. Azərbaycanda qadınlar bayramını bütün cəmiyyətin və hər bir ailənin dayağı olan qadınlara hörmət, ehtiram və sevgini bir daha ifadə etmək fürsəti kimi qeyd edirlər.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan cəmiyyəti qədimdən qadınlara böyük hörmət və ehtiramla yanaşıb, onların qayğısına qalıb. Qadın hüququnun əsasında, hər şeydən əvvəl, ona hörmət və ehtiram, diqqət və qayğı dayanır. Bu, uzun müddət belə olub və Azərbaycan cəmiyyətinin mənəvi dəyərlər sistemində öz yerini tutub. Qadın hüquqları anlayışı öz hüdudlarını müəyyən dərəcədə genişləndirib. Qadınlara hörmət və ehtiram, diqqət və qayğı göstərilməsi ilə yanaşı, ictimai həyatda qadınların iştirakçılığının genişləndirilməsi, kişilərlə bərabər çalışması da qadın hüquqları anlayışına daxil edilib. Bu gün Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edirlər. Onlar həyatımızın bir sıra sahələrində mühüm rol oynayırlar. Elm, təhsil, incəsənət, səhiyyə sahələrində qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən xeyli yüksəkdə dayanırlar. Qadınların intellektual səviyyəsi Azərbaycan cəmiyyətində kifayət qədər yüksəkdir.

Baş nazirin müavini qeyd edib ki, qadınlar Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verən böyük resursdur. Azərbaycan hökumətinin qarşısında duran əsas məqsəd bu imkanlardan daha da geniş istifadə etməkdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təmsil etdiyi qurum ilə Azərbaycan arasındakı uğurlu əməkdaşlıqdan söz açıb. O, öz ölkələrinin və cəmiyyətlərinin tarixində müstəsna rol oynamış qadınların fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan tarixində də belə müstəsna rolu olan qadınlara misal kimi ölkəmizin ilk qadın pilotu Leyla Məmmədbəyovanın, ilk gəmi kapitanı Şövkət Səlimovanın və digərlərinin adını çəkib. Müasir Azərbaycan dövlətində fəaliyyət göstərən istedadlı və bacarıqlı qadınların olduğunu vurğulayan Qulam İshaqzai bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusilə qeyd edib.

Qulam İshaqzai bildirib ki, BMT-nin Azərbaycandakı ofisi yerli dövlət qurumları, xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qadın hüquqlarının müdafiəsi, qadın və məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi, erkən nikahların qarşısının alınması və qadınların iqtisadi imkanlarının genişlənməsi sahəsində vacib layihələr həyata keçirib və bu işlər hazırda da davam etdirilir. O, həmçinin deyib ki, Azərbaycanda son 9 il ərzində məişət zorakılığının qarşısının alınması ilə bağlı bir neçə qanun layihəsi və strategiya qəbul edilib.

Sonda BMT-nin baş katibi Antonio Quterreşin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videomüraciəti nümayiş etdirilib.

Tədbirdə, həmçinin əlil qadınların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub